Əsas Səhifə > Güney Press / Manşet > SÖYÜN SADIXOV AZƏRBAYCANDA QURUM YARADIR

SÖYÜN SADIXOV AZƏRBAYCANDA QURUM YARADIR


29-05-2013, 16:38
SÖYÜN SADIXOV AZƏRBAYCANDA QURUM YARADIR
DİA.AZ: - Bir neçə gün əvvəl xüsusi açıqlama ilə çıxış edən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxovla bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub.

DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, prezident seçkilərinin daha da yaxınlaşması səbəbindən Kremldən Azərbaycanda fəallaşma barədə tapşırıq alan Söyün Sadıxov bu məqsədlə Bakıdakı adamlarına ismarıc yollayıb.

Bildirək ki, dünən özünü elan edən Milli Şuranın da Rusiyanın bir projesi olduğu söylənilir. Və belə bir fikir var ki, Söyün Sadıxov açıq şəkildə Milli Şuraya dəstək vermir, o, tamam fərqli bir istiqamət üzərə tapşırıq alıb.

Mənbəmiz iddia edir ki, Söyün Sadıxov Bakıdakı bir neçə yandaşı ilə əlaqə saxlayaraq, onların Azərbaycanda yeni təşkilat yaratmaları üçün təlimat verib: В«Həmin təşkilat ictimai birlik olacaq. Hələlik adı məlum olmasa da, daha çox QHT-yə bənzəyəcək bu təşkilat Rusiyanın Azərbaycandakı istinadgahlarından birinə çevrilməlidirВ».

Geri qayıt