Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: GÜLƏR ƏHMƏDOVA AZADLIĞA BURAXILIR

ŞOK: GÜLƏR ƏHMƏDOVA AZADLIĞA BURAXILIR


29-05-2013, 15:56
ŞOK: GÜLƏR ƏHMƏDOVA AZADLIĞA BURAXILIR
DİA.AZ: - Bu dəqiqələrdə redaksiyamıza ilginc məlumat daxil olub. Bilgili qaynaqdan DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin videobombardmanının ardından həbsə atılan sabiq YAP-ı deputat Gülər Əhmədova yaxın günlərdə azadlığa çıxır.

Mənbə iddia edir ki, Gülər Əhmədova ilə bağlı birbaşa olaraq yuxarı dairələrdən tapşırıq gəlib. Onun adamlarının artıq təkrarən məhkəməyə müraciət etməsi gözlənilir. Mənbə bildirir ki, Gülər Əhmədova ilə bağlı ilkin məhkəmə qərarında dəyişiklik edilərək onun barəsindəki cəza ev dustaqlığı ilə əvəz olunacaq.

Geri qayıt