Əsas Səhifə > Güney Press / Manşet > İSGƏNDƏR HƏMİDOV GÜNÜN-GÜNORTA ÇAĞI OĞURLANDI

İSGƏNDƏR HƏMİDOV GÜNÜN-GÜNORTA ÇAĞI OĞURLANDI


29-05-2013, 15:34
İSGƏNDƏR HƏMİDOV GÜNÜN-GÜNORTA ÇAĞI OĞURLANDI
DİA.AZ: - Bu gün keçmiş daxili işlər naziri İsgəndər Həmidov həbs olunub. Bu barədə Boz Qurd Partiyası liderinin yaxınları DİA.AZ-a məlumat veriblər.

Məlumatı verən qaynaq bildirir ki, keçmiş naziri mülki geyimli şəxslər həbs ediblər. Onun В«MontinВ» ərazisində, Ümid Partiyası qərargahının yaxınlığındakı çayxanada həbs ediblər və heç bir səbəb göstərməyiblər.

Xatırladaq ki, buna qədər də İsgəndər Həmidov bu şəkildə həbs edilmişdi və sonradan onun Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edildiyi məlum olmuşdu.

Bildirək ki, bu gün İsgəndər Həmidov saat 15.00-da həbs olunub. Bununla bağlı DİA.AZ rəsmi qaynaqların mövqeyini öyrənməyə çalışsa da, kimsə bu barədə danışmaq istəməyib.

Geri qayıt