Əsas Səhifə > Güney Press / Manşet > ARZU RƏHİMOVUN ADAMINA QARŞI ŞOK İTTİHAM
ARZU RƏHİMOVUN ADAMINA QARŞI ŞOK İTTİHAM27-05-2013, 17:48 |
![]() DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, həmçinin onun tabeçiliyində çalışan şəxslər, yəni SHXÇDX-nin rayon şöbə rəisləri və onlarınəməkdaşları ilə bağlı az qala hər gün redaksiyamıza müxtəlif formalı ilginc məlumatlar daxil olmaqdadır. Məsələn, əldə etdiyimiz son bilgilərdə qeyd olunur ki, qurumun Biləsuvar, Salyan, Neftçala, Laçın, Şuşa və Masallı rayon şöbələrində müxtəlif xəstəliklərdən əziyyət çəkən çağırışçılar məcburi qaydada hərbi xidmətə göndərilirlər. SHXÇDX-nin adıçəkilən rayon şöbələrinin iş prinsipilə bağlı bilgilərini bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar, Salyan, Neftçala, Laçın, Şuşa və Masallı şöbələrində bir sıra neqativ məqamlar, əsasən də imkanlı şəxslərin övladlarının müxtəlif yollara baş vurmaqla "neqodnıy" kimi həqiqi hərbi xidmətdən yayındırma halları son zamanlar geniş vüsət alıb: "Xidmətin Biləsuvar, Salyan, Neftçala, Laçın, Şuşa və Masallı rayon şöbə rəisləri, həmçinin onların tabeçiliyində çalışan şəxslər hərbi xidmətə çağrılan imkanlı gəncləri müəyyən "şərt"lər qarşılığında xidmətə yararlı olduqları halda, yararsız arayışı verir və onları hərbi xidmətdən yayındırırlar. Müxtəlif xəstəliklərdən əziyyət çəkən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələri tərəfindən iləri sürülən "tələb"lərə əməl etmək iqtidarında olmayan kasıb ailələrin övladları isə xəstə olduqları halda yararlı adı ilə müxtəlif hərbi hissələrə göndərilirlər. Bu isə orduda əsgər ölümlərinin sayının artmasına təsir göstərən əsas amillər sırasında qərarlaşıb". Bu arada, əldə etdiyimiz digər bir məlumatda isə bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun Namiq adlı sürücüsü SHXÇDX-də yüksək vəzifələrdə işə düzəltmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 500 min manatdan artıq pul alaraq sonradan onların pullarını mənimsəyib. Məsələ ilə bağlı DİA.AZ-ı bilgiləndirən və general-leytenantın sürücüsünün dələduzluqda ittiham olunduğunu qeyd edən məlumatlı şəxs iddia edir ki, Namiq adlı şəxs vətəndaşlardan külli miqdarda pul yığıb və sonradan əldə etdiyi vəsaitləri kimlərləsə bölüşdürüb: "Arzu Rəhimovun sürücüsü, Namiq adlı şəxs camaatdan xeyli miqdarda pul yığıb. O, birindən 100 min manat, digərindən 200 min manat, başqasından 50 min, ümumilikdə isə 500 min manat pul götürərək onları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yüksək vəzifələrə işə düzəldəcəyinə dair söz verib. Lakin üzərindən kifayət qədər vaxt keçsə də, xidmət rəisinin sürücüsü vədinə əməl etməyib və beləliklə də, vətəndaşların etimadını qazanaraq onların pullarını mənimsəyib. Məndə olan bilgilərə görə, Namiq adlı şəxs həmin pulları kimlərləsə bölüşdürüb. Lakin hələ ki, həmin şəxslərin adlarını dəqiqləşdirə bilməmişəm. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |