Əsas Səhifə > Güney Press / Manşet > QARADAĞDA В«ÇAKIRВ»IN DÖVRÜNƏ SON QOYULUR
QARADAĞDA В«ÇAKIRВ»IN DÖVRÜNƏ SON QOYULUR27-05-2013, 16:48 |
![]() DİA.AZ: - Hakimiyyətin yeni kadr islahatları tədarükündə olması barədə bir neçə gün əvvəldən məlumat vermişdik. Bununla bağlı DİA.AZ-a yeni məlumatlar daxil olub. Nazirlər Kabinetindəki bilgili qaynağın bildirdiyinə görə, yaxın günlərdə sırf olaraq prezident seçkilərinə tədarüklə əlaqədar Bakının iki rayonunun icra başçısının dəyişdirilməsi gözlənilir. Mənbə bildirir ki, onlardan biri Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılov, digəri isə Xətai rayonunun icra başçısı Razim Məmmədovdur. Mənbənin sözlərinə görə, hər iki icra başçısının vəzifəsindən alınması ilə bağlı tədarük hakimiyyətin ən üst düzəyinin istəyi ilə həyata keçirilir. Qaynaq daha sonra bildirib ki, Razim Məmmədovdan fərqli olaraq В«ÇakırВ» ləqəbli Qaradağın icra başçısının başqa bir vəzifəyə transferi gözlənilən deyil. Geri qayıt |