Əsas Səhifə > Güney Press / Manşet > İBRAHİMBƏYOV SİYASİ ŞOU TƏDARÜKÜNDƏ

İBRAHİMBƏYOV SİYASİ ŞOU TƏDARÜKÜNDƏ


27-05-2013, 13:08
İBRAHİMBƏYOV SİYASİ ŞOU TƏDARÜKÜNDƏ
DİA.AZ: - Kremlin Azərbaycana qarşı planında mühüm bir yeri tutan və В«Ramiz Mehdiyevin müxalifətdəki kölgəsiВ» kimi qəbul edilən tanınmış rejissor Rüstəm İbrahəimbəyov Azərbaycana gələ bilər. Bu barədə DİA.AZ-a etibarlı mənbələr xəbər verib.

Qaynaq iddia edir ki, artıq bu məsələ ciddi şəkildə müzakirə olunub: В«Hətta rəsmi Bakının Rüstəm İbrahəimbəyovun həbsinə verə biləcəyi reaksiyanın önlənməsi üçün Kremlin nümayəndələrinə müraciət də edilib. Bu işi isə Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, baş nazirin keçmiş müavini Abbas Abbasov həyata keçiribВ».

Onu da qeyd edək ki, bir müddət əvvəl də eyni məsələ gündəmə gəlmişdi və DİA.AZ tərəfindən yayılan xəbərlərdə də qeyd olunurdu ki, Rüstəm İbrahəimbəyov Bakıda həbs olunmasa da, onun ümumiyyətlə, Azərbaycana buraxılmayacağı gözləniləndir. Yəni aeroportdanca geri qaytarılacaq.

İndi isə Rüstəm İbrahəimbəyovun yenidən Azərbaycana gəlməsi məsələsi gündəmə gətirilir. Mənbəyə görə, bu yolla əslində kinorejissordan bir qəhrəman əzabkeş obrazının yaradılması məqsədi də güdülür: В«Rüstəm İbrahəimbəyov həyatının heç bir dönəmində mərhumiyyət görməyən, hər zaman bu hakimiyyətin himayəsi altında olan birisi olub. Yəni onun müxalifliyinin səmimiyyətinə hələ də cəmiyyət tərəfindən inanan yoxdur. Ona görə də, bu adamın В«incidilməsiВ» zərurəti meydana çıxıbВ».

Bir sözlə, Rüstəm İbrahəimbəyovun əslində bir şouya hazırlaşması təəssüratı yaranır. Amma bir məsələ də var. Birdən onu Azərbaycana buraxdılar və hətta barəsində qaldırılan vergi cinayətləri ilə bağlı da sorğu-sual etmədilər… o zaman nə olacaq?...

Geri qayıt