Əsas Səhifə > Güney Press / Manşet > RƏSUL QULİYEV PREZİDENT POSTUNA GƏTİRİLİR
RƏSUL QULİYEV PREZİDENT POSTUNA GƏTİRİLİR25-05-2013, 15:02 |
![]() DİA.AZ: - Bir neçə ay əvvəl Gürcüstan prezidenti Mixail Saakaşvili Bakıdan döndükdən sonra şok xarakterli bir açıqlaması ilə diqqətə gəldi. Söhbət gürcü dövlət başçısının В«Rusiya Azərbaycanda В«LUKoylВ»un iştirakı ilə dövlət çevrilişi hazırlayırВ» xəbərdarlığından gedir. Xatırladaq ki, həmin açıqlamanın rəsmi Bakı В«qeyri-ciddidirВ» üstündən keçsə də, çox ciddi rezonansa nədən oldu. Və Azərbaycanın dövlət adamlarının bu məsələyə dırnaqarası yanaşması da anlaşılan bir hal kimi qəbul olundu. Hər halda rəsmi Bakının Kremlə qoz-qoz oynamağa nə gücü var, nə də imkanları. Elə buna görə də, məsələnin bağlı qapılar arxasında yola verilməsinə üstünlük verildi. Həll olundumu? Təbii ki, yox. Məsələ hətta bağlı qapılar arxasında belə həll edilmədi ki, bu da özünü bütün istiqamətlərdə biruzə verməkdədir. Hətta rəsmi Bakının öz içində və müxalifətdəki Rusiyayanlı qüvvələrə qarşı başlatdığı mübarizə də səmərəsiz nəticələndi. İndi isə elə bir situasiya yetişdirildi ki, rusiyayanlılar hətta əvvəlki üstün mövqelərinə dönüş etmə fürsəti də əldə etdilər. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, əslində Azərbaycanda da В«İvanaşvili modeliВ»ni həyata keçirməyə çalışan Rusiyanın planı heç də В«LUKoylВ» prezidentinin şəxsini, yəni Vahid Ələkbərovu iqtidara gətirmə niyyətindən ibarət olmayıb. Mənbənin söylədikləri: ««LUKoylВ»un adı haqlı olaraq hallandırılıb. Və В«LUKoylВ»un Bakıdakı nümayəndəliyinin əndişəsindən də açıq-aydın duymaq oldu ki, Saakaşvilinin sözündə kifayət qədər həqiqət varВ». Mənbəmiz bildirir ki, ruslar Vahid Ələkbərovu yox, В«LUKoylВ»da ciddi pay sahibi olan, Azərbaycanın keçmiş spikeri, Açıq Cəmiyyət Partiyasının hazırda ABŞ-da mühacir həyatı yaşayan lideri Rəsul Quliyevi iqtidara daşımağı düşünürlər: В«Rəsul Quliyevin В«LUKoylВ»da 15 faizdən bir qədər artıq payı var. Bəlkə də Azərbaycanda bu barədə ictimaiyyət yetərincə məlumatlı deyil. ACP lideri hələ sovet dönəmlərindən Rusiyanın xüsusi xidmət orqanlarına bağlı adam olub və bu səbəbdən ABŞ və ABŞ-ın timsalında bütün Qərb dairələri Rəsul Quliyevə heç bir zaman etimad göstərməyiblərВ». Xatırladaq ki, Rəsul Quliyevin Rusiyaya bağlı bir fiqur olması barədə əvvəllər də oxucularımızı məlumatlandırmışıq. Hətta 2004-cü ildə ABŞ dövlət departamentinin açıqladığı bir bəyanatı da ortaya dəlil kimi qoymaq olar. Həmin sənəddə bildirilirdi ki, rəsmi Vaşinqton Azərbaycanda İlham Əliyev, İsa Qəmbər, Əli Kərimli və Etibar Məmmədovla əməkdaşlıq etməkdə maraqlıdır. Amma ABŞ tərəfinin bəyanatında xüsusi olaraq vurğulanırdı ki, Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqədə olan Rəsul Quliyevə Ağ Evin etimadı sıfır dərəcəsindədirВ». Onu da bildirək ki, Rəsul Quliyevin hələ sovet dönəmlərində В«QRUВ» - Dövlət Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq etməsi barədə faktlar var. Elə buna görə də Azərbaycan dövlətinin müstəqilliyinin ilk illərində xaricə satdığı neft və neft məhsullarının qarşılığında əldə olunan valyuta hələ sovet dönəmlərindən vlayuta hesabı olan Rəsul Quliyevin adına yatırıldı. Ki, sonradan Rəsul Quliyev dövlətin həmin pullarını dədə malı kimi mənimsədi. İndi isə aydın olur ki, Rusiya Rəsul Quliyevi В«Azərbaycanın İvanaşvilisiВ» qismində görür və onu iqtidara daşımağı düşünür. Alınacaqmı? Bunu zaman göstərəcək. Amma fakt faktlığında qalır…. Rusiya Azərbaycanda bu il olmayan dərəcədə israrlıdır… Geri qayıt |