Əsas Səhifə > Güney Press / Manşet > BU SEÇKİ İLİNDƏ DƏ QARA PİAR ÖNDƏ GEDƏCƏK

BU SEÇKİ İLİNDƏ DƏ QARA PİAR ÖNDƏ GEDƏCƏK


23-05-2013, 09:03
BU SEÇKİ İLİNDƏ DƏ QARA PİAR ÖNDƏ GEDƏCƏK
DİA.AZ: - Prezident seçkilərinin yaxınlaşması iqtidariçi qüvvələr üçün yeni hərəkətlənmə bəhanəsinə çevrilib. Bu barədə ən unikalı hər zaman ölkədə məhz stabilliyin pozulmasında, süni şəkildə vəziyyətin gərginləşdirilməsində maraqlı olan və bu şəraitdən qazanc əldə edən qüvvələrin işidir. Belə ki, son günlər fəallaşan həmin qüvvələr hətta ayrı-ayrı dövlət məmurlarına qarşı belə mətbuatda qara piar kampaniyası aparmaqdan belə çəkinmirlər.

Məsələn, bu günlərdə dövlət sərhəd xidmətinin rəisi general-leytenant Elçin Quliyevə qarşı da müəyyən təxribat xarakterli informasiyalar internet vasitəsilə müxtəlif KİV-lərə göndərildi ki, onların sırasında DİA.AZ da var idi. Lakin sonradan məsələnin nə yerdə olduğunu öyrəndiyimizdən, məqsədli В«məlumatıВ» portalımızdan yığışdırdıq.

Bu və digər bu kimi faktlar da təsdiqləyir ki, В«çörəyi qarışıqlıqdan çıxanВ» qüvvələr üçün hazırki situasiya heç də sərfəli deyil. Onlar barədə bu vaxta qədər mətbuatda zaman-zaman bilgilər verilib. Və onlar bu gün hətta ən fağır müxalifətçini belə В«ən radikalВ», В«dağıdıcıВ» müxalifətçi qismində təqdim edərək, həmin müxalifətçini sonradan В«zərərsizləşdirməkləВ» həm özlərinin iş görmələri barədə, həm özlərinin lazımlı olmaları haqda rəylər yaradırlar, həm pul qazanırlar və həm də ümumiyyətlə istədikləri şəraiti yetişdirməklə mövcudluqlarını qorumuş olurlar.

Qeyd edək ki, sözügedən qüvvələrdən dəfələrlə imtinaya çalışılsa da, hələ ki mümkün olmayıb. Bununla bağlı DİA.AZ-a açıqlama verən hökumət içindəki məlumatlı mənbə iddia edir ki, əslində bütün seçki ərəfələrində aktiv olan bu qüvvələr prosesdən böyük gəlirlə çıxıblar:

В«Acınacaqlı orasıdır ki, həmin qüvvələr yenə də fəaldırlar və yenə də onlara böyük həcmdə maliyyə ayrılıb. Deməli, bu seçki ilində də qara piar prioritet təşkil edəcəkВ».

Geri qayıt