Əsas Səhifə > Güney Press / Manşet > SALYANDA ƏDLİYYƏ NAZİRLİYİNİN ƏCAİB QADAĞASI

SALYANDA ƏDLİYYƏ NAZİRLİYİNİN ƏCAİB QADAĞASI


23-05-2013, 08:52
SALYANDA ƏDLİYYƏ NAZİRLİYİNİN ƏCAİB QADAĞASI
KEYFİYYƏTSİZ ƏRZAQLAR SƏN DEMƏ, NAZİRLİYİN HİMAYƏSİ ALTINDA İMİŞ

DİA.AZ: - Salyan rayonunda bir çox dükanlarda istifadə müddəti başa çatmış ərzaq məhsulları satılır. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlardan verilən xəbərdən aydın olur ki, rayondakı əksər dükanlarda bununla bağlı dəhşətli vəziyyət yaşanır.

Belə ki, həmin dükanların sahibləri insan həyatı üçün təhlükəli olan bir çox ərzaq məhsulların satışında qeyri-adi bir şey görmürlər. Araşdırmalar zamanı məlum olub ki, Salyanda hazırkı vəziyyət xeyli müddətdir dəyişməz qalıb. Hətta bir müddət əvvəl rayonda bu yararsız ərzaq məhsullarından zəhərlənən insanların olduğuna dair məlumatlar da mövcuddur. Rayonda aparılan araşdırmalardan sonra o da dəqiqləşib ki, bu ərzaq məhsulları içində istismar müddəti 6 ayı keçənlər də var.

Hadisəni araşdırdıqdan sonra məsələ ilə bağlı Salyan rayon Sanitar Epidemologiya və Gigiyena İdarəsi (SEGİ) ilə əlaqə saxladıq. İdarənin rəhbəri İntiqam Abuşov bildirdi ki, onlar məsələdən xəbərdar olsalar da, prosesə müdaxilə edə bilmirlər. Və fikrini belə əsaslandırdı ki, Ədliyyə Nazirliyi (?!) onlara dükanların yoxlanılmasına icazə vermir. В«Ədliyyə Nazirliyinin göstərişi var ki, ildə bir dəfədən az olmayaraq dükanları yoxlaya bilmərikВ».

Bizim üçün maraqlı olan odur ki, Ədliyyə Nazirliyinin yararsız məhsulların dükanlardan yığışdırılmasına nə aidiyatı var. Bu işlə məşğul olan aidiyyatı qurumlar İqtisadi İnkişaf Nazirliyi və yerli SEGİ-lərdir. Görünür, Salyanda SEGİ-nin rəhbərliyi məsuliyyəti Ədliyyə Nazirliyinin üzərinə atmaqla vəziyyətdən çıxmağa çalışır.

Geri qayıt