Əsas Səhifə > Güney Press / Manşet > RUSLAR VAHİD ƏLƏKBƏROVU İQTİDARA DAŞIYIR

RUSLAR VAHİD ƏLƏKBƏROVU İQTİDARA DAŞIYIR


21-05-2013, 15:16
RUSLAR VAHİD ƏLƏKBƏROVU İQTİDARA DAŞIYIR
DİA.AZ: - “LUKoyl” prezidenti, adı gündəmdən düşməyən “Milyarderlər ittifaqı”nın ən nüfuzlu simalarından biri Vahid Ələkbərov bu gün Rusiyanın sayılıb-seçilən milyarderlərindən biridir. Amma onun adı ilk dəfə olaraq bir neçə ay əvvəl Gürcüstanın dövlət başçısı Mixail Saakaşvilinin xəbərdarlıq xarakterli açıqlaması ilə həm də bir siyasi fiqur kimi də hallandırılmağa başlandı. Hətta ona daha da irəli gedərək В«Azərbaycanın İvanaşvilisiВ» deyənlər də tapıldı.

DİA.AZ bildirir ki, bu gün özünün varidatı ilə Rusiyanın hazırki siyasi hakimiyyətinə də borclu olan Vahid Ələkbərov təbii ki, Rusiyanın istənilən bir planında baş qəzhrəman obrazında çıxış etməyə müntəzirdir. Ən azından onun qarşısında В«gözü çıxarılmışВ» qardaşlar nümunələri var. Xodorkovski, Berezovski, İsmayılov kimi tanınmış rusiyalı iş adamlarının acı aqibəti Vahid Ələkbərovu hətta Kremlin В«Milyarderlər ittifaqıВ» layihəsinə cəlb edilməsinə qədər gətirib çıxardı.

Xatırladaq ki, Saakaşvilinin xəbərdarlığına görə, Rusiya Vahid Ələkbərovu Azərbaycanda prezident postunda görür. Onun müxalifətdəki prototipi rolunu isə kinorejissor Rüstəm İbrahəimbəyov oynamaqdadır. O isə Milli Şura adlı bir ideyanı ortaya ataraq ənənəvi müxalifət qüvvələrinə də rus ssenarisinə uyğun olaraq rollar ayırıb. Amma bütün bunların baş rejissorunun məhz Kremlin olması sonda hansı В«filminВ» qalasının keçiriləcəyini hələ də qaranlıq saxlamaqdadır.

Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki qaynaq iddia edir ki, əslində Vahid Ələkbərovla bağlı məqamlar bu gün kimlər üçünsə qeyri-ciddi təəssüratı bağışlaya bilər, elə В«LUKoylВ» prezidentinin bu yöndəki passivliyi də belə bir qənaəti əxz etməkdədir: В«Amma əbəs yerə. Çünki Rusiya bu müstəvidə olduqca ciddi, həmçinin israrlıdır. Rəsmi Bakının İranla yanaşı, Rusiyaya da elçilərini yollaması faktı da burada mühüm nüans kimi çıxış edir. Heç nə səbəbsiz deyil. Kim Elmar Məmmədyarovun, Əli Həsənovun, Ramiz Mehdiyevin Rusiyaya səfərlərinin rəsmi yönünə tutarlı izahat verə bilər, dolğun ad qoya bilər? Heç kəs! Çünki bu səfərlər sırf bağlı qapılar arxasında danışıqları nəzərdə tutubВ».

Mənbəmiz iddia edir ki, məhz Saakaşvilinin məlum xəbərdarlığı ilə bağlı Bakıya yeni və həm də DAHA CİDDİ qaynaqlardan siqnalların daxil olması Azərbaycan iqtidarının hərəkətə keçməsinə nədən olub: В«Ruslar yerlərində oturmayıblar. Onlar Azərbaycanın növbəti işğalını rəsmiləşdirmək istəyirlər. İndiki hakimiyyət artıq onların maraqları ilə tam ziddiyyət təşkil edir. Ona görə də Bakı-Novorossiyskdən imtina olundu. Doğrudur, indi Lavrov açıqlama verir ki, bu xətt üzərə yeni müqavilə imzalanacaq. Amma heç inandırıcı görünmürВ».

Mənbəmiz bildirir ki, Vahid Ələkbərovun prezident kürsüsünə gətirilməsilə bağlı Bakını məlumatlandıran İsrailə aid mənbələr olub: В«Hətta, bu niyyətin baş tutması üçün rusların düşündüyü təxribat planı da Bakıya təqdim olunub. Yəni bir sözlə, Saakaşvili haqlı imişВ»вЂ¦

Geri qayıt