Əsas Səhifə > Güney Press / Manşet > BİR BƏLƏDİYYƏ BÜTÖV ŞAMAXININ BAŞINA DƏRD OLUB

BİR BƏLƏDİYYƏ BÜTÖV ŞAMAXININ BAŞINA DƏRD OLUB


17-05-2013, 18:39
BİR BƏLƏDİYYƏ BÜTÖV ŞAMAXININ BAŞINA DƏRD OLUB
DİA.AZ: - Dünən və srağagün portalımız tərəfindən Şamaxı rayonu Şəhriyar qəsəbəsinin bələdiyyə sədrinin özbaşınalıqları ilə bağlı vətəndaş şikayətlərini diqqətinizə çatdırmışdıq. Bildirək ki, sözügedən bələdiyyə sədrilə yerli icra strukturlarının da ciddi problem yaşadığı, lakin bu məsələdə başçının aciz qaldığı söylənilir.

DİA.AZ-a daxil olan məlumatlardan isə aydın olur ki, Şəhriyar bələdiyyəsində keçmiş icra başçısının vaxtlarında bir dəfə yoxlama aparılsa da, sonradan bu yoxlamanın nəticələri müəmmalı şəkildə ləğv edilib.

Mənbənin söylədikləri: В«Yoxlamalar nəticəsində müəyyən olunub ki, bələdiyyə sədri Musa Musayev 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəyib. Bundan başqa, bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illər ərzində müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulubВ».

Mənbə bildirir ki, nədənsə bu faktlara hüquqi qiymət verilməyib. Bildirək ki, Şəhriyar qəsəbəsi sakinləri adından redaksiyamıza göndərilən müraciəti E.Osmanov, A.Atakişiyev və H.Məmmədova imzalamışdı.

Onların da şikayətlərini təkrar olaraq diqqətənizə çatdırırıq: В«13 ildir Şəhriyar qəsəbə bələdiyyəsinə rəhbərlik edən Musa Musayev üçün müqəddəs olan tək şey yalnız puldur. Qəsəbənin sakinləri bir qıraqda qalıb, qəsəbəyə aid torpaqları 2007-ci ildən 2012-ci ilə qədər kənar kəndlərin sakinlərinə satıb. Və yerli sakinlər torpaqsız qalıbВ».

Sakinlər iddia edir ki, Musa Musayev bu yolla 98 nəfər kənar şəxsə qanunsuz olaraq torpaq satıb ki, bunun da nəticəsində külli miqdarda gəlir əldə edib: В«Halbuki həmin kəndlərin özlərinin torpaq fondu var. Amma buna baxmayaraq bələdiyyə sədri Şəhriyar sakinlərinin haqqını və qanuni hüquqlarını pozubВ».

Qarşı tərəfi də dinləməyə hazırıq

Geri qayıt