Əsas Səhifə > Güney Press / Manşet > GƏNC NAZİRLƏ YAP SƏDRİ TOQQUŞASI OLDU
GƏNC NAZİRLƏ YAP SƏDRİ TOQQUŞASI OLDU17-05-2013, 16:56 |
![]() DİA.AZ: - Azərbaycanın yeni təhsil naziri Mikayıl Cabbarov ictimaiyyəti aldatmaqla məşğuldur. Onun rəhbərlik etdiyi nazirliyin mayın 16-da В«Təhsil Nazirliyinin 5 əməkdaşı cəzalandırıldıВ» tezisi ilə yaydığı xəbər başdan-başa cəfəngiyyatdır. DİA.AZ bildirir ki, bu barədə mia.az xəbər yayıb. Məlumata görə, Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin direktoru Bilman Vəliyevlə bağlı atılan addımlarda deyilənləri təsdiqləyə bilər. Bu xəbəri verən Təhsil Nazirliyinin əməkdaşının sözlərinə görə, dünən Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri ilə bağlı olaraq yaradılan və funksiyalarına Nazirliyə daxil olmuş müraciətlər əsasında araşdırmaların aparılması həvalə edilmiş Daxili nəzarət şöbəsi tərəfindən hazırda bir sıra şikayətlər nəzərdən keçirildiyi və aparılmış daxili araşdırmalar nəticəsində Suraxanı rayonunda yerləşən 270 nömrəli məktəbin direktoru Talıb Rəhimov, həmçinin vətəndaş N.Eyvazlının müraciəti əsasında daxili işlər orqanlarına arayışın təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmuş Təhsil Nazirliyinin mühafizə polisinin əməkdaşı və Xaricdə Şagird, Tələbə, Aspirant və Staj keçənləri iş üzrə Şura Katibliyin bir əməkdaşı tutduqları vəzifələrdən azad olunmaları, eyni zamanda, vətəndaş A.Ağabəyovun müraciəti əsasında aparılmış araşdırma zamanı qulluq mövqeyindən sui-istifadə edərək tədrisdə yaranmış müvəffəqiyyətsizliklərin aradan qaldırılması üçün tələbələrə qeyri-qanuni yolla kömək göstərməyə çalışmış Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin Qiyabi şöbəsinin müdiri A.Quliyeva tutduğu vəzifədən azad olunması və həmin kollecin direktoru və direktor müavini aşağı vəzifəyə keçirilmələri yeni nazirin blefindən başqa bir şey deyildir: В«Konkret Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin direktoru Bilman Vəliyevlə bağlı xəbərdə qeyd olunanlar yeni nazirin В«köhnə metodВ»la işlədiyindən xəbər verir. Bilman Vəliyevin rəhbərlik etdiyi kolleclə bağlı məsələ hələ Misir Mərdanov nazir olduğu dövrlərdə yaşanıb. Yəni bu qalmaqal indinin söhbəti deyil. Mikayıl Cabbarov isə Misir Mərdanovun dövründə olan bu şikayəti yeni şikayət kimi yayaraq, guya tədbir gördüyünü açıqlayıb. Amma fakt odur ki, Bilman Vəliyev özü ərizə yazaraq vəzifədən getdiyini bəyan deyibВ». Məlumata görə, B.Vəliyev, həm də YAP Abşeron rayon təşkilatının sədridir. O, uzun illərdir ki, hakim partiyanın yerli təşkilatına rəhbərlik edir. Xəbərlə bağlı tərəflərin mövqeyini də yaya bilərik. Geri qayıt |