Əsas Səhifə > Güney Press / Manşet > BƏLƏDİYYƏ SƏDRİNDƏN PREZİDENTƏ ŞİKAYƏT

BƏLƏDİYYƏ SƏDRİNDƏN PREZİDENTƏ ŞİKAYƏT


16-05-2013, 18:23
BƏLƏDİYYƏ SƏDRİNDƏN PREZİDENTƏ ŞİKAYƏT
DİA.AZ: - Dünən redaksiyamıza daxil olan şikayət məktubu Şamaxı rayon Şəhriyar qəsəbəsinin bələdiyyə sədri Musa Musayevdən giley-güzar edən bir qrup Şamaxı rayon sakininin probleminizi diqətinizə təqdim eymişdik.

Şikayətçilər yazırdı: В«13 ildir Şəhriyar qəsəbə bələdiyyəsinə rəhbərlik edən Musa Musayev üçün müqəddəs olan tək şey yalnız puldur. Qəsəbənin sakinləri bir qıraqda qalıb, qəsəbəyə aid torpaqları 2007-ci ildən 2012-ci ilə qədər kənar kəndlərin sakinlərinə satıb. Və yerli sakinlər torpaqsız qalıbВ».

Sakinlər onu da deyridilər ki, Musa Musayev bu yolla 98 nəfər kənar şəxsə qanunsuz olaraq torpaq satıb ki, bunun da nəticəsində külli miqdarda gəlir əldə edib: В«Halbuki həmin kəndlərin özlərinin torpaq fondu var. Amma buna baxmayaraq bələdiyyə sədri Şəhriyar sakinlərinin haqqını və qanuni hüquqlarını pozubВ».

Sakinlərin sözlərinə görə, dəfələrlə ayrı-ayrı dövlət qurumlarına şikayət etsələr də, onların haqq səsini eşidən yoxdur: В«Yerli icra strukturları da bu adamla bacarmır. Hər halda, görünəni odur. Yeni icra başçısı da kənarda dayanıb. Yəqin Musa Musayev başçının В«haqqınıВ» verdiyindən, etdiyimiz şikayətlər qulaqardına vurulurВ».

Onu da bildirək ki, Şəhriyar qəsəbəsi sakinləri adından redaksiyamıza göndərilən müraciəti E.Osmanov, A.Atakişiyev və H.Məmmədova imzalayıb.

Bu gün isə sözügedən istiqamətdən DİA.AZ-a yeni məlumatlar daxil olub. Rayondan verilən xəbərdə bildirilir ki, barəsində şikayət olunan bələdiyyə sədri narazı saldığı vətəndaşları hədələtdirməyə başlayıb.

Rayondakı qaynaq bildirir: В«Bələdiyyə sədri ondan şikayətçi düşən vətəndaşları həbs etdirəcəyi ilə təhdid etsə də, vətəndaşlar sonna qədər haqqlarını tələb edəcəklərini bildirirlərВ».

Onu da bildirək ki, bu gün prezident İlham Əliyev də Şamaxıya səfər edib və narazı vətəndaşlar prezidentlə də görüşməyə cəhd edəcəklər.

Xatırladaq ki, rayonun icra başçısının bələdiyyə sədri ilə baş edə bilmədiyi də söylənilir.

Geri qayıt