Əsas Səhifə > Güney Press / Manşet > YOXLAMA TƏŞVİŞİ İTV İŞÇİSİNİN ÜRƏYİNİ PARTLATDI

YOXLAMA TƏŞVİŞİ İTV İŞÇİSİNİN ÜRƏYİNİ PARTLATDI


15-05-2013, 17:08
YOXLAMA TƏŞVİŞİ İTV İŞÇİSİNİN ÜRƏYİNİ PARTLATDI
DİA.AZ: - Məlum olduğu kimi, Hesablama Palatası İsmayıl Ömərovun gedişindən sonra İctimai Telekanalda yoxlamalara başlayıb. Onu da bildirək ki, bu yoxlamalar zamanı yeyinti faktlarının aşkarlanması barədə də xəbərlər gəlməkdədir.

DİA.AZ-ın məlumatına görə, hətta bu yoxlamaların təşvişi səbəbindən dünyasını dəyişənin olduğu da bildirilir. Bu barədə “Facebook” sosial şəbəkəsində məlumat yayılıb.

Xəbəri olduğu kimi təqdim edirik: “Bu gün günün ikinci yarısında Carçı Film Yaradıcılıq Birliyinin sədr müavini, İsmayıl Əliyev ürək tutmasından vəfat edib. Deyilənlərə görə Hesablama Palatası Carçı Film Yaradıcılıq Birliyində ciddi maliyyə yeyintiləri aşkar edib və stersdən İsmayıl Əliyevin ürəyi partlayıb”.

Onu da qeyd edək ki, məlumatı dəqiqləşdirməyə çalışırıq. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt