Əsas Səhifə > Güney Press / Manşet > BƏRDƏDƏ İLGİNC BƏLƏDİYYƏ MAXİNASIYALARI
BƏRDƏDƏ İLGİNC BƏLƏDİYYƏ MAXİNASIYALARI15-05-2013, 16:40 |
![]() DİA.AZ: - Bərdə rayonu Samuxlu Bələdiyyəsində saysız-hesabsız müdhiş maxinasiyalar və saxtakarlıqlar baş verir. Bu haqda redaksiyamızın elektron poçtuna məlumat daxil olub. Bərdədən DİA.AZ-a göndərilən materialı olduğu kimi diqqətinizə çatdırırıq: “Samuxlu bələdiyyəsinin sədri Abdullayev Ramil Rafiq oğludur. O, 15 ilə yaxındır ki, həmin bələdiyyənin sədridir. Atası 35 ilə yaxın keçmiş “Qırmızı Samux” kolxozunun sədri olmuşdur. - Bələdiyyə sədri 100 hektara yaxın, qanunsuz zəbt etdiyi torpağa sahibdir. Bu torpaqların da 80 faizə qədəri, əkinə yararlı, torpaq islahatından gizlədilən torpaqlardır. - Kənddə 10-dan çox adama ev tikmək üçün torpaq sahəsi vermişdir ki, bunların da heç birinin hüquqi sənədi yoxdur. Çünki bu torpaqlar qanunsuz verilmişdir. - Kəndin ərazisində 10-dan çox süni balıqçılıq gölü yaradılıb. Bərdə rayon Ekologiya İdarəsi, Torpaq şöbəsi, Suvarma Sistemlər İdarəsi və aidiyyəti üzrə başqa orqanlar bu göllərə göz yumurlar. Həmin göllər ərazidəki 100 hektarlarla kənd təsərrüfatı təyinatlı, əkinə yararı torpaq sahələrini şoranlaşdrıb, yarasız hala salmaqdadır. Daha dəhşətlisi isə ərazidə intensif yağışlar yağarsa və bu gölər daşarsa, baş verə biləcək fəlakət və onun çox acı nəticələridir. - Kəndin ərazisindəki drenlərdən suvarma üçün istfadə edir bu “cənab”, “toxnulmaz sədir ”. Halbuki bu drenlərin vəzifəsi və funksiyası ərazidəki torpaqları şoranlaşmadan qorumaqdır. Drenlərin muxtəlif yerlərdən kəsilməsi torpaqları şorlaşdırır. Qrunt suları evlərin zirzəmilərinə dolur və hətta yerin üzünə çıxır. - Bələdiyyənin istfadəsində qalan torpaqlardan kim gəldi, necə gəldi istfadə edir, təki sədrə hesab versin. - Bələdiyyələrin inkişafı üçün dövlət tərəfindən ayrılan minlərlə manat pullar abadlıq adı altında göylərə sovrulur. Ancaq kənddə abadlıq deyilən nəsnəni tapmaq müşgül işdir.Ərazidəki torpaqlardan istifadəyə görə icarə haqqlarının və həyətyanı torpaq sahələri üçün torpaq vergisinin yığılmasında da xeyli qanun pozuntuları vardır. Bu pulların da haraya necə xərcləndiyini sədrdən başqa yəqin ki, bilən yoxdur. - Dövlətin ayırdığı dotasiyaların və subsidiyaların bir çox hissəsini, hətta sahibkarlardan yığılan pullar kimlərin cibinə gedir, bilinmir?. “Toxunulmaz sədr” Ramil Abdullayevin saxta və qanunsuz işləri barədə kifayət qədər sanballı sübutlarımız vardır.” Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |