Əsas Səhifə > Güney Press / Manşet > ŞOK: KÜRQIRAĞI RAYON SAKİNLƏRİ VAHİMƏ İÇİNDƏ
ŞOK: KÜRQIRAĞI RAYON SAKİNLƏRİ VAHİMƏ İÇİNDƏ4-05-2013, 13:29 |
![]() DİA.AZ: - Yazın gəlişi il əlaqədar çaylarda daşqın və selin baş vermə risqləri də artıb. Artıq bir neçə gündür bəzi çaylarda daşqınların əmələ gəldiyinə dair məlumatlar da var. Hətta iddialar var ki, bu sel və daşqın fəlakətləri bir neçə kəndə ciddi problem yaradıb. DİA.AZ bildirir ki, ən ağır vəziyyət Aran bölgəsində yaşanır. Sabirabad, Saatlı, İmişli və Kürdəmir rayonlarında insanlar ciddi qorxu keçirirlər. Çünki 2010-cu ildə baş vermiş məlum sel fəlakətindən sonra dözülməz vəziyyətə düşən bölgə insanları uzun illər küçələrdə yaşamalı olmuşdular. Hətta bu günə qədər bir çoxlarının problemləri hələ də həll edilməmiş qalıb. Eyni zamanda, bu rayonlarda kimlərsə şaiyələrin yayılmasında xüsusi olaraq maraqlıdır. Çünki Saatlı və Sabirabada bu istiqamətdə görülən işlər insanları daha da həyacanlındırıb. Həmin şayələrdə deyilir ki, son sel fəlakətindən sonra inşa edilmiş bəndlərin əksəriyyəti çat verib. Bu çatlar isə son günlər daha da genişlənərək, təhlükəli həddə çatıb. İddialara görə, əgər Kür və ya Araz çayları daşarsa və əlavə sular bu bəndlərə yığılarsa, tikililər həmin yükə davam gətirməyib dağılacaq. Nəticədə, yenidən bir neçə rayonun su altında qalma qorxusu yaranacaq. DİA.AZ-a daxil olan məlumata görə, bu şaiyələrdən dolayı artıq Saatlı və Sabirabadın bir neçə kəndinin sakinləri evlərini tərk etməyə hazırlaşırlar. Onlar selin qəfil, yəni gecə saatlarında ola biləcəyindən ehtiyat edərək, ailələri ilə birlikdə başqa rayonlardakı qohumlarına pənah aparmağa başlayıblar. Amma məsələdən xəbər tutan rayon rəhbərliyi prosesin qarşısını almaq üçün həmin kəndlərə gediblər. Camaatla danışan rəsmilər hər hansı bir qorxulu vəziyyətin olmadığını deyərək, prosesin nəzarətdə olduğunu bildiriblər. Və camaatı əmin ediblər ki, 2010-cu ildəki fəlakət təkrarlanmayacaq. Hərçənd insanlar bu deyilənləri hər nə qədər ciddi qəbul eləsələr də, fikirlərindən dönmək fikrində deyillər. Artıq bir neçə ailənin yaxınlıqdakı Şirvan şəhərinə köçdüyü deyilir. Digərləri isə tərəddüd içindədirlər. Onlar nə edəcəklərini hələ müəyyənləşdirməyiblər. Bu əsnada Salyandan da yaxşı xəbər gəlməyib. Məlumatlarda deyilir ki, Kür çayının sahilində yerləşən rayondakı evləri artıq qurunt suları basıb. Belə hallar isə adətən sel və daşqından əvvəl baş verir ki, camaat da bundan narahatdır. Salyanın İcra Hakimiyyəti isə camaatın daha da təlaş keçirməməsi üçün təcili olaraq hərəkətə keçib. Su basmış həyətləri təmizləmək üçün texnika cəlb olunub. Amma insanlar yenə də bununla razılaşmayıb, selin hər zaman ola biləcəyi təlaşını yaşyırlar. Geri qayıt |