Əsas Səhifə > Güney Press / Manşet > GƏDƏBƏYİN İCRA BAŞÇISI RAYONU BLOKADAYA ALIB

GƏDƏBƏYİN İCRA BAŞÇISI RAYONU BLOKADAYA ALIB


3-05-2013, 15:56
GƏDƏBƏYİN İCRA BAŞÇISI RAYONU BLOKADAYA ALIB
DİA.AZ: - В«Gədəbəyin icra başçısı Ramiz Yediyarov xalqa o qədər müsibətlər yaşadıb ki, rayondakı özbaşınalıqların xəbərinin qırağa çıxmaması üçün əlindən gələni edirВ». Bu barədə DİA.AZ-a Gədəbəydən yazan rayon sakini Mahmud Kərimov yazır.

Narazı rayon sakini bildirir ki, yerli icra strukturlarından neçə aydır şikayət düşsə də, dərdini eşidən yoxdur: В«Dəfələrlə icra başçısı ilə görüşmək istəsəm də, buna imkan verilməyib. Eşitdim ki, 2 may tarixində Gədəbəy rayon Mədəniyyət Evində ombudsman Elmira Süleymanova ilə görüş keçiriləcək. Və dərdimi söyləmək üçün həmin tarixdə Mədəniyyət Evinə getsəm də, yerli icra hakimiyyətinin işçiləri mənimlə yanaşı, onlarla vətəndaşa Elmira xanımla görüşməyimizə imkan vermədilərВ».

Şikayətçi bildirir ki, hətta Ramiz Yediyarovun işçiləri ondan yerli polisə də təlimat veriblər: В«Məni tutdurmaq istəyirdilər. Rayon camaatı imkan vermədi. Amma yenə də polis məni izləyir. Xahiş edirəm ki, Ramiz Yediyarovun zülmündən bizi xilas edəsinizВ».

Geri qayıt