Əsas Səhifə > Güney Press / Manşet > ELMAR VƏLİYEVİ NARAHAT EDƏN SİTUASİYA
ELMAR VƏLİYEVİ NARAHAT EDƏN SİTUASİYA2-05-2013, 16:52 |
![]() DİA.AZ: - Gəncənin icra başçısı Elmar Vəliyevin danlanması barədə yerli mətbuatda xəbərlər yayılıb. Bildirək ki, artıq Gəncə şəhər icra hakimiyyətinə yaxın dairələr sözügedən informasiyanı təkzib ediblər. Amma ortalıqda kifayət qədər qaranlıq məqamlar var. Bu barədə DİA.AZ-a Gəncədəki qaynaqların bildirdiyindən belə aydın olur ki, Elmar Vəliyevin durumu həqiqətən də ürəkaçan deyil və ona ciddi şəkildə xəbərdarlıq edilib. Mənbənin söylədikləri: В«Prezident seçkiləri ərəfəsində hansısa icra başçısı zavala gəlməlidir. Və həmin başçı sərt formada cəzalanacaq. Bu gün narazılıqların olduğun bütün rayonların icra başçıları ciddi şəkildə xəbərdarlıq alıb ki, Prezident Administrasiyası tərəfindən edilən bu xəbərdarlıq heç də qeyri-ciddi deyil və bu xəbərdarlığın ardından real tədbirlər gələcəkВ». Mənbəmizin sözlərinə görə, xəbərdarlıq alan icra başçılarından biri də Elmar Vəliyevdir: В«Elmar Vəliyevin rəqibləri də bu situasiyadan yararlanmaq üçün hərəkətə keçiblər. Gəncənin icra başçısı postu kifayət qədər ciddi və gəlirli bir mövqedir. Və bu post uğrunda mübarizə aparanlar da son olaydan sonra hərəkətə keçiblər. Ona görə Elmar Vəliyev də narahatdırВ». Geri qayıt |