Əsas Səhifə > Güney Press / Manşet > MÜXALİFƏTƏ HANSI MƏMUR PUL AYIRA BİLƏR?
MÜXALİFƏTƏ HANSI MƏMUR PUL AYIRA BİLƏR?2-05-2013, 15:33 |
![]() DİA.AZ: - Son günlər ölkənin gündəminə В«bombaВ» kimi düşən offşor hesablar məsələsi məmurların gününü qara edib. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, hakimiyyət daxilində bununla bağlı vəziyyət kifayət qədər ağırdır. Ona görə ki, ölkədən çıxarılmış pulların böyük bir qisminin faktiki olaraq harada yerləşdirildiyi və hansı məqsədlər üçün istifadə olunduğu narahatlığı mövcuddur. Bildirilir ki, seçki ilində vəziyyətin həssas olduğunu nəzərə alan rəsmi dairələr nazirlərin müxalifətə dəstək verə biləcəyindən də ehtiyatlanırlar. Fərhad Əliyev və Əli İnsanov təcrübəsindən nəticə çıxarmış hökumət dairələri yenidən belə vəziyyətin yaşanmasını arzulamırlar. Ona görə də, gizli şəkildə ölkədən çıxarılmış pulların hesabını bilmək istəyirlər. Son günlər isə iqtidar daxilində rəsulquliyevmi qanadın formalaması haqda da iddialar atrıb. Elə Müsavat başqanı İsa Qəmbər də onun bəzi məmurlar tərəfindən dəstəkləndiyini etiraf edib. Qeyd olunur ki, artıq bütün məmurlardan pulları, onların məbləği və hansı bankda saxladıqları barədə yazılı izahat tələb olunur. Eyni zamanda, bu bank hesablarının şifrələri də xüsusi nümayəndəyə təqdim olunmalıdır. Səbəb isə deyilən məlumatların həqiqət olub, olmadığını müəyyənləşdirməkdir. Elə buna görədir ki, bəzi məmurların ciddi təlaş içində olduğu deyilir. Çünki bəziləri gizli şəkildə böyük miqdarda ölkədən pul çıxarıblar və bu məsələnin üzəri açılarsa, onlar üçün ciddi başağrısı olacaq. Vurğulanır ki, vəziyyətin belə bir şəkil alması məmurları çıxılmaz vəziyyətə salıb. Onlar nə edəcəklərini belə bilmirlər. Vəziyyətdən çıxmaq üçün yolun da qalmadığı deyilir. Yəni, məmurlar pulları barədə hesab verməlidirlər. Geri qayıt |