Əsas Səhifə > Güney Press / Manşet > GÖMRÜKDƏ HAY-KÜY YARADACAQ HƏBS GÖZLƏNİLİR
GÖMRÜKDƏ HAY-KÜY YARADACAQ HƏBS GÖZLƏNİLİR30-04-2013, 15:31 |
![]() DİA.AZ: - Son zamanlar gömrük sistemindəki özbaşınalıqlar xüsusi olaraq diqqət mərkəzinə gəlib. Belə ki, artıq ayrı-ayrı sahibkarlar onlarla aparılan gizli rüşvət sövdələşmələrindən usanaraq, dərdlərini ictimailəşdirməyə maraq göstərirlər ki, bu da əslində hər kəsin bildiyi, lakin barəsində susulan həqiqətlərin - gömrük özbaşınalıqlarının afişə olunması ilə nəticələnib. Bununla bağlı DİA.AZ-ın əldə etdiyi bilgilərdən aydın olur ki, Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev də daxil olmaqla bir neçə yüksək çinli məmurun fəaliyyətinin araşdırılması üçün hakimiyyətin üst düzəyi tərəfindən göstəriş verilib. Məlumatlı mənbənin redaksiyamıza söylədiyinə görə, konkret olaraq Adynı Əliyevlə yanaşı, ən çox şikayət olunan gömrük idarəsi kimi Astara gömrükxanasının fəaliyyəti də xüsusi nəzarətə götürülür və onun rəhbəri В«RokfellerВ» ləqəbli Hikmət Məmmədovun durumu araşdırılacaq: В«Aydın Əliyevə qarşı atıla biləcək ən sərt addım onun vəzifəsindən çıxarılması ola bilərsə, Hikmət Məmmədovun həbsi belə mümkündür. Bu barədə artıq ilkin araşdırma sonucları da qənaət formalaşdırır. Çünki gömrük rəisinin adı hətta narkotik qaçaqmalçılarına yardım edən fiqur kimi də hallandırılır və bunu sübuta yetirən çox ciddi faktlar varВ». Mənbəmiz iddia edir ki, seçkiqabağı dönəmdə hakimiyyətin səs-küylü bir məmur həbsinə ehtiyacı var: В«Çünki artan vətəndaş narazılıqları belə bir addımı zəruri edir. Yəni rəy yaradılmalıdır ki, tədbir görülür. Belə bir şəraitdə ən çox şikayət olunan dövlət qurumlarından biri kimi gömrükdə həbs qərarının həyata keçirilməsi hərtərəfli baxımdan iqtidarın maraqlarına uyğundur və effektivdirВ». Geri qayıt |