Əsas Səhifə > Güney Press / Manşet > PA NN ŞEFİNİN ARZUSUNU NİYƏ ƏNGƏLLƏYİR?

PA NN ŞEFİNİN ARZUSUNU NİYƏ ƏNGƏLLƏYİR?


30-04-2013, 15:13
PA NN ŞEFİNİN ARZUSUNU NİYƏ ƏNGƏLLƏYİR?
DİA.AZ: - Redaksiyamıza hökumət içindəki mənbələrdən maraqlı bir informasiya daxil olub. Xatırladaq ki, az əvvəl Nəqliyyat Nazirliyinin Tarif Şurasına sərnişindaşımada gedişhaqqının qaldırılması təklifi ilə yenidən müraciət etməsi xəbərini vermişdik.

Xatırladaş ki, buna qədər də NN tərəfindən eyni istəklə TŞ-yə müraciət olunsa da, rədd cavabı verilmişdi. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, əslində burada birbaşa olaraq NN şefinin maraqları güdülür: В«Faktdır ki, Ziya Məmmədovun nəzarətində olan sərnişindaşıma biznesi hazırki dönəm üçün digər sahələrlə müqayisədə daha az gəlirli hesab olunur. Yəni Ziya Məmmədov belə düşünür və o səbəbdən də şəhəriçi daşıma xidmətində gedişhaqqını iki dəfəyə qədər qaldırmağı düşünürВ».

Amma onun bu istəklərinə qarşı Prezident Administrasiyası tərəfindən dəfələrlə rədd caabı verilib. Mənbəmizin sözlərinə görə, bu səbəbdən PA ilə NN arasında ciddi fikir ayrılığı da yaranıb: В«Diqqət yetirin, NN-nin son müraciətinə rədd cavabının verilməsinə rəğmən, Ziya Məmmədovun nazirliyi yenidən TŞ-yə müraciət edir. Deməli, burada həm də bir inadkarlıq var. Amma PA-dan verilən əsaslandırmada açıq şəkildə qeyd olunur ki, administrasiya seçkiqabağı dönəmdə qiymətlərin qaldırılmasını məqsədəuyğun hesab etmir. Buna inad olaraq Ziya Məmmədov yenə də TŞ-yə eyni tələblə müraciət edirsə, burada tamam fərqli maraqların güdüldüyünü söyləmək lazımdırВ».

Geri qayıt