Əsas Səhifə > Güney Press / Manşet > В«MİLYARDERLƏR İTTİFAQIВ» BAKIDA MƏTBUAT OFİSİ AÇIR
В«MİLYARDERLƏR İTTİFAQIВ» BAKIDA MƏTBUAT OFİSİ AÇIR27-04-2013, 14:57 |
![]() DİA.AZ: - Kremlin əlində Azərbaycana qarşı siyasi dəyənək rolunu oynayan və cəmiyyət arasında В«Milyarderlər İttifaqıВ» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqı Azərbaycanda mətbuat ofisini yaratmağı planlaşdırır. Bu barədə DİA.AZ-a В«AzerRosВ»dakı qaynaqlardan xəbər ötürülüb. Məlumatı verən mənbə iddia edir ki, artıq Bakıda yaranacaq ofisə kimin rəhbərlik edəcəyi də məlumdur: В«Maraqlıdır ki, bu məsələdə müxalifət mətbuatında çalışan məşhur qələm sahiblərindən birinə etibar olunub. Bu isə artıq Abbas Abbasovun rəhbərlik etdiyi RATİ-nin hansı səngərdə yer almasının rəsmi sübutlarından biri kimi qəbul ediləcək faktdırВ». Mənbəmiz bildirir ki, ofisin əsas missiyası RATİ ilə bağlı məlumatların kordinasiya edilməsindən, yayılmasından, həmçinin RATİ-nin maraqlarına zidd təbliğatın qarşısının operatis surətdə alınmasının təşkilindən ibarət olacaq: В«Bu məqsədlə Bakıdakı mətbuat ofisinə böyük miqdarda - bir ay üçün 30 min manatlıq büdcə də müəyyən olunubВ». Geri qayıt |