Əsas Səhifə > Güney Press / Manşet > MİSİR MƏRDANOV YENİDƏN SİYASƏTƏ QAYIDA BİLƏR
MİSİR MƏRDANOV YENİDƏN SİYASƏTƏ QAYIDA BİLƏR26-04-2013, 17:17 |
![]() DİA.AZ: - Son illərdə mövqeləri kifayət qədər zəif duruma düşmüş Qərbi Azərbaycan qruplaşması yenidən meydana atılmaq niyyətindədir. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Misir Mərdanovun təhsil naziri postundan alınmasını Qərbi Azərbaycanlılara rəsmi Bakının etimad etmədiyinin göstəricisi kimi qəbul edən sözügedən qruplaşma, qarşıdan gələn prezident seçkilərində var-gücü ilə müxalifətə dəstək verməyə hazırlaşır. Məlumatlı mənbənin DİA.AZ-a söylədikləri: В«Bu gün sözügedən qruplaşma müxalifətdə daha çox qərarlaşıb, nəinki iqtidarda təmsilçilik hüququna malikdir. Əli İnsanovun həbs olunmasından etibarən bu qruplaşma ilə hakimiyyətin münasibətlərində ciddi gərginlik yaşanmaqdadır. Halbuki Qərbi Azərbaycanlılar hər zaman özlərinin siyasi çeviklikləri və aktivlikləri ilə diqqət mərkəzində olublar. Yəni belə bir siyasiləşmiş zümrənin proseslərin dışında tutmaq heç də uğurlu siyasət hesab oluna bilməz. Bu səbəbdən Qərbi Azərbaycanlılar fəallaşacaq və özü də müxalifətlə eyni səngərdə dayanaraq, ciddi nəticələr əldə edəcəkВ». Mənbəmiz artıq belə bir hərəkətlənmənin baş qaldırdığını da bildirdi: В«Dünən axşam saatlarında Qərbi Azərbaycan bölgəsinə aid bir neçə tanınmış sima təhsil naziri postundan alınmış Misir Mərdanovla görüşüblər. Onlar Misir Mərdanovla qarşıdan gələn prezident seçkilərini də müzakirə ediblər və hətta yenidən təşkilatlanma məsələsi də müzakirə olunubВ». В«Hələlik müzakirələr gedirВ» deyən mənbəmiz bu müzakirələrin real hərəkətlənməyə çevrilmə ehtimallarının da yüksək olduğunu söylədi. Geri qayıt |