Əsas Səhifə > Güney Press / Manşet > XAÇMAZDA DÖVLƏTİN DƏMİR YOLUNU SÖKÜB SATIRLAR

XAÇMAZDA DÖVLƏTİN DƏMİR YOLUNU SÖKÜB SATIRLAR


25-04-2013, 16:20
XAÇMAZDA DÖVLƏTİN DƏMİR YOLUNU SÖKÜB SATIRLAR
DİA.AZ: - Xaçmaz rayonu ərazisində bir qrup fəhlə dəmir yolunu sökür. Bu haqda DİA.AZ-a rayon sakini məlumat verib. Xəbərdə bildirilib ki, günün günorta vaxtı “Çarxı” dəmiryolu stansiyası ərazisindəki qatar reyslər sökülür. Ən maraqlısı budur ki, müvafiq qurumlar buna reaksiya vermirlər. Sanki elə burada qurulan dəmiryolu xətti günün birində bəlli olmayan şəxslər tərəfində şəxsi məqsəd naminə sökülməli imiş... Azərbaycan reallığında dəmiryolu xəttinin arxasız bir neçə fəhlə tərəfindən sökülməsi mümkün deyil. Çünki bu halda fəhlələrin dərhal həbs olunar. Məhz bu maraq naminə məsələni araşdırmaq qərarına gəldik.

Sahibkarın obyektinə gedən yolu qapadılıb

Araşdırmamız zamanı bəlli oldu ki, söhbət Abşeron Tikinti Sənaye Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz rayonunun girəcəyində yerləşən obyektinə gedən dəmir yolunun bəlli olmayan şəxslər tərəfindən sökülməsindən gedir. Sözügedən ASC SSRi zamanı Tikinti Tresti kimi fəaliyyət göstərib. Sonradan Heydər Əliyevin başlatdığı özəlləşdirmə zamanı 2001-ci ildə özəlləşdirilib və şəxsi mülkiyyətə keçib. ASC-nin Xaçmazda yerləşən və daha çox “Çarxı” stansiyası kimi tanınan bu obyektinin ümumi sahəsi 6 hektardan çoxdur. Obyekt SSRİ-nin sön illərində inşa edilib. Bura bir neçə anbardan və inzibati binadan ibarətdir. Ancaq hazırda bura şəxsi mülkiyyətdədir və aktiv fəaliyyət göstərmir. Sovet zamanı buranı inşa etməkdə əsas məqsəd bu regiona gələn malların məhz bu anbarlara yığaraq sonradan bölünməsi və paylanması olub. Çünki sözügedən obyekt Bakı-Moskva dəmiryolunun üzərində yerləşməklə xüsusi üstünlükləri olub. Əslində obyektə gedən dəmiryolunun sökülməsindən sonra bu ərazinin nə əhəmiyyəti qalır, nə də ondan istifadə etmək imkanı.

Sözügedən ASC-nin rəhbərliyinin məsələ ilə bağlı mövqeyini öyrənmək istəsək də, buna müyəssər olmadıq. Yalnız ərazidə olan bir neçə nəfərlə söhbətləşərək bəzi məlumatları əldə edə bildik. Onu da dedilər ki, dəmiryolunun sökülməsi ilə əlaqədar olaraq ASC rəhbərliyi bir sıra dövlət orqanlarına şikayət edib. Amma buna baxmayaraq “darmadağın” əməliyyatı davam edir.

Dəmiryolu hansı halda sökülə bilər?

Məlumat üçün deyək ki, dəmiryolu strateji əhəmiyyəti hesab olunur və ona nəzarət dövlətin əlindədir. Dövlət qeyri şərtsiz bu sahədə monopolist kimi çıxış edir. Başqa sözlə dövlətin rəsmi qurumlarının icazəsi olmadan dəmir yolu sökülə, ləğv edilə və ya başqasının istifadəsinə verilə bilməz. Həmçinin dəmiryolu xətləri fərdi şəxs tərəfindən sökülə və satıla bilməz. Araşdırmalar göstərir ki, dəmiryolunun sökülməsinə dair ortada rəsmi sənəd və ya qərar yoxdur. Hər halda biz bunu araşdırsaq da, ortaya belə bir qərar çıxmadı. Bu halda ortaya sual çıxır: böyük bir rayonun ərazisindəki dəmir yolunu sökən gözəgörünməz qüvvə kimdir?

Onu da bildirək ki, redaksiyamıza dəmir yoluna qənim kəsilən şəxsin kimliyi məlumdur. Bu haqda yaxın vaxtlarda geniş informasiya verəcəyik. Bizi izləyin…
(ardı var)

Geri qayıt