Əsas Səhifə > Güney Press / Manşet > HANSI NAZİR ÖZ RƏQİBİNİ YEMƏK SÜFRƏSİNƏ ÇAĞIRDI?
HANSI NAZİR ÖZ RƏQİBİNİ YEMƏK SÜFRƏSİNƏ ÇAĞIRDI?25-04-2013, 14:34 |
![]() DİA.AZ: - Son günlər iqtidar içində gərginliklərin süni şəkildə yatırılması üçün müəyyən addımlar atılmaqdadır. Bu barədə DİA.AZ-a hökumətə yaxın dairələrdən informasiya ötürülüb. Məlumatı verən qaynaq iddia edir ki, hakimiyyətin ən üst düzəyindən birbaşa olaraq belə bir təlimat gəlib ki, bütün konfliktdə olan, bir-biriləri ilə intriqada olan məmurlar aralarındakı umu-küsülərini ertələməlidirlər: В«Əks halda, onlarla bağlı sərt cəza tədbirləri işə düşəcək və vəzifələrindən alınmaları ilə yanaşı, əllərindəki bütün imkanlar, hətta azadlıqları belə məhdudlaşdırılacaqВ». Xatırladaq ki, bir neçə gün əvvəl də hakimiyyət daxilində bir-biriləri ilə münaqişədə olan nazirlərə sərt xəbərdarlığın edildiyi haqda informasiyaları diqqətinizə təqdim etmişdik və bu xəbərimizin ertəsi günü Misir Mərdanov təhsil naziri postundan alındı. Mənbəmiz bildirir ki, Misir Mərdanovun vəzifəsindən çıxarılması uzun müddətdən bəridir ki, TQDK tərəfindən keçmiş nazirin topa tutulması ilə əlaqədardır: В«Bu gün artıq kimsə üçün Məleykə Abbaszadənin açıqladığı faktlar təsirli deyil. Hətta ən şokedici faktların ifşası belə yeni nazir üçün hansısa formada əhəmiyyətli hesab olunmur. Sadəcə olaraq Məleykə Abbaszadə yalnız Misir Mərdanovu həbsə göndərmə yolunda çaba sərf edə bilər. Çünki bu günə qədər baş verənlərin yeni nazirə aidiyyatı yoxdurВ». Mənbəmizin sözlərinə görə, seçkilərə qədər özünü yığışdırmayan məmurlara qarşı təhdid artıq öz işini görməkdədir: В«Hətta bu səbəbdən bir-birinə telefon açıb, yeməyə dəvət edənlər də var. Çox populyar nazirlərdən biri bu təlimatdan dərhal sonra münasibətləri gərgin olan digər bir dövlət məmuruna telefon açıb, onunla səmimi danışıb və hətta vaxt edəndə, çörək yeməyə də dəvət edib. Yəni vəziyyət bu həddədirВ». Geri qayıt |