Əsas Səhifə > Güney Press / Manşet > TƏRTƏRİN HƏRBİ KOMİSSARININ BAŞI CƏNCƏLDƏ
TƏRTƏRİN HƏRBİ KOMİSSARININ BAŞI CƏNCƏLDƏ24-04-2013, 18:40 |
![]() DİA.AZ: - Tərtərin hərbi komissarı Rza Rüstəmovla bağlı olduqca maraqlı bir məlumat ortaya çıxıb. Bu barədə DİA.AZ-a verilən məlumata görə, ötən günlərdə rayonda səfərdə olmuş rəsmi qurumlardan birinin rəhbəri yerli sakinlərlə görüşüb. Həmin görüşdən sonra isə sözügedən məmur Tərtər sakinlərindən birinin evində qonaq olub. Elə problem də buradan baş qaldırıb. Mənbənin bildirdiyinə görə, dövlət rəsmisi ailənin təsərrüfatla niyə məşğul olmadığını dilə gətirsə də, qəribə cavabla qarşılaşıb. Belə ki, ailənin başçısı deyib ki, uzun müddət heyvandarlıqla məşğul olublar və bu yolla ailələri yaxşı dolanıb. Amma uşaqlarını hərbi xidmətdən saxlamaq üçün xeyli xərcləri çıxıb. Buna görə də, saxladıqları heyvan-qaranı satmalı olublar. Tərtər sakini məmura deyib ki, heyvanlarını satıb pulunu isə rayon hərbi komissarı Rza Rüstəmova verib. Çünki hərbi komissar onun uşağını hərbi xidmətdən saxlamaq üçün 4500 manat pul lazım gəldiyini deyib. Valideynləri də heyvanlarını satmaqdan başqa çıxış yolu görməyib. Üstəlik, həmin ailənin nümayəndəsi Rza Rüstəmovun uşaqlarının əməllərindən də bəhs edib. İddialara görə, hərbi komissarın uşaqlarının silah gəzdirdiyi, rayonda özbaşınalıqla məşğul olduğuna dair şikayətlər edilib. Məmurdan isə bununla bağlı tədbir görülməsini istəyiblər. DİA.AZ-a verilən məlumata görə, Tərtərə səfər etmiş həmin məmur ailə üzvlərinə söz verib ki, ən qısa zamanda Rza Rüstəmovla bağlı məsələni dövlət başçısı yanında qaldıracaq. Əgər belə bir hal olarsa, bu artıq hərbi komissarın nəinki işdən çıxarılması, hətta həbsinə də səbəb ola bilər. Mövzunu diqqətimizdə saxlayacağıq. Geri qayıt |