Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEVƏ QARŞI KOALİSİYA HƏRƏKƏTƏ KEÇİR

RAMİZ MEHDİYEVƏ QARŞI KOALİSİYA HƏRƏKƏTƏ KEÇİR


24-04-2013, 16:10
RAMİZ MEHDİYEVƏ QARŞI KOALİSİYA HƏRƏKƏTƏ KEÇİR
DİA.AZ: - Prezident Administrasiyasında (PA) yeni müavinlərlə PA şefi arasında münasibətlər gərginləşib. Daha doğrusu, əvvəllər PA-da şöbə müdiri olan Əli Əsədovla Zeynal Nağdəliyevin Ramiz Mehdiyevlə olan münasibətlərindəki gərginlik yenidən şiddətli xarakter alıb.

Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir ki, son günlər yenidən mövqelərini bərpa etməyə müvəffəq olan Ramiz Mehdiyev PA-dakı maneələri də dəf etmə qərarını verib: В«Bu gün Ramiz Mehdiyevin əlində ciddi bir şəbəkə var ki, həm Zeynal Nağdəliyevin və həm də Əli Əsədovun addımlarını bir-bir təqib edirlər. Bu şəbəkənin bir nömrəli missiyası adları çəkilən müavinlərlə bağlı ifşaeidici faktların əldə edilməsidirВ».

DİA.AZ-ın elektron poçtuna daxil olan informasiyada o da bildirilir ki, əks cinah da sakit dayanmayıb: В«Ramiz Mehdiyevlə bağlı ilginc faktlar var və bu faktlar mətbuata ötürüləcək. Artıq qərar verilib. Çünki təsir əks təsirə bərabərdir. Və Nağdəliyev-Əsədov cütlüyü müdafiə olunmaları üçün hücuma keçmək zorundadırlarВ».

Geri qayıt