Əsas Səhifə > Güney Press / Manşet > FRANSADAN AZƏRBAYCANA QARŞI DAHA BİR ADDIM
FRANSADAN AZƏRBAYCANA QARŞI DAHA BİR ADDIM23-04-2013, 19:12 |
![]() DİA.AZ: - Bu günlərdə məlum oldu ki, Litva parlamentində qondarma В«Dağlıq Qarabağ RespublikasıВ» ilə dostluq qrupu yaradılıb və bu qrupa Litva Seyminin 5 deputatı daxil olub. Onu da bildirək ki, hadisəyə rəsmi Bakı tərəfindən sərt reaksiya verildi və hətta Litva olayla əlaqədar diplomatik qaydada etiraz da ünvanlandı və izahat tələb olundu. İndi isə anoloji addımı Fransa Senatı atıb. Təbii ki, bu gün dünyada hər kəs Fransanın hansı səviyyədə erməni dəstəkçisi olduğunu bilir. Amma rəsmi Bakının da Parislə münasibətləri kifayət qədər yaxşı hesab olunur. Hətta münasibətlərin gərgin olacağı təqdirdə belə Azərbaycanın xarici siyasət idarəsinin fransızlara ayrıseçkilik yapmamalıdır və eyni qaydada Fransaya da etiraz notası ünvanlamalıdır. DİA.AZ bildirir ki, Fransa Senatında qondarma В«DQRВ»lə В«dostluq qrupuВ»nun yaradılması ilə bağlı xəbəri ermənilərə də elə məşhur fransız fahişəsi Valeria Buaye çatdırıb. Bildirək ki, Valeria Buaye bu gün Fransa ərazisində qondarma В«erməni soyqırımıВ» iddiasını inkar edənlərə qarşı cəzanın tətbiq olunması ilə bağlı Fransa Senatı tərəfindən qəbul edilən qanunun müəllifidir. Hazırda Ermənistanda olan Valeria Buaye jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistanda ikinci dəfə olur, amma bu ölkə ona ikinci vətən hesab olunur. Onu da bildirək ki, Buaye İrəvana qondarma В«soyqırımВ»ı erməni dığaları ilə birgə qeyd etməsi üçün gəlib. Hər halda, Valeria Buayenin Fransa Senatında qondarma В«DQRВ»lə В«dostluq qrupuВ»nun yaranması ilə bağlı verdiyi xəbərə rəsmi Bakının reaksiya verməsi vacibdir və Parisdən hesabat istənilməlidir. Geri qayıt |