Əsas Səhifə > Güney Press / Manşet > HAKİMİYYƏT KADR İSLAHATINDA KİMİ ÇIXDAŞ EDİR?

HAKİMİYYƏT KADR İSLAHATINDA KİMİ ÇIXDAŞ EDİR?


19-04-2013, 16:15
HAKİMİYYƏT KADR İSLAHATINDA KİMİ ÇIXDAŞ EDİR?
DİA.AZ: - Hakimiyyət ciddi kadr islahatlarına gedir. Bu barədə DİA.AZ-a ilginc faktlar daxil olub. Məlumatı verən mənbə bildirir ki, seçkilərə qədər aparılacaq kadr islahatları zamanı çox nüfuzlu simalar vəzifələrini itirəcək.

Bildirək ki, dünən iki nazirin əmrinin hazır olması barədə xəbər vermişdik. Bu gün isə artıq Misir Mərdanovla bağlı qərarın verilməsi barədə hələlik təsdiqlənməmiş xəbərlər yayılıb.

DİA.AZ-a bu barədə danışan mənbə iddia edir ki, kadr islahatları mütləq və qaçılmazdır: В«Kadr islahatları zamanı bir neçə icra başçısı da vəzifəsindən alınacaq. Onlardan bir neçəsi xəbərdardır. Şəmkirin də icra başçısı gedir. Eyni zamanda daha bir neçə başçı vəzifəsindən alınırВ».

Yeni əldə edəcyimiz informasiyalarla sizi bilgiləndirəcəyik. Bizi izləməkdə davam edin…

Geri qayıt