Əsas Səhifə > Güney Press / Manşet > TOVUZ GÖMRÜYÜNDƏ SURƏT HÜSEYNOVUN HÖKMÜ KEÇƏRLİDİR
TOVUZ GÖMRÜYÜNDƏ SURƏT HÜSEYNOVUN HÖKMÜ KEÇƏRLİDİR18-04-2013, 15:16 |
![]() DİA.AZ: - Atıq uzun müddətdir ki, ölkə mətbuatında dərc olunan materiallarda respublikamızın gömrük keçid məntəqələrində yaşanan müxtəlif problemlərin, yer almış rüşvət və korrupsiya hallarının bütün hədləri aşdığı bildirilir. Bu kimi problemlərin daha çox müşahidə olunduğu keçid məntəqələrindən biri də əlbəttə ki, Qazax rayonu ərazisində yerləşən “Qırmızı körpü” keçid məntəqəsidir. Məlumatlı mənbənin DİA.AZ-a təqdim etdiyti məlumata görə, gömrük keçid məntəqəsinin rəisi Ceyhun İbrahimov buranının külli-ixtiyarını öz müavin Elsevər Vəkilova həvalə edib. Artıq 20 ildən artıq müavin vəzifəsində “çalışan” Elsevər müəllim isə məntəqəni demək olar ki, əsl kommersiya obyektinə çevirib. Bu illər ərzində onun aldığı mülklərin və avtomobillərin hesabını aparmaq üçün isə ayrıca statistika tələb olunur. Kütləvi informasiya vasitələrində mütəmadi olaraq yayımlanan məlumatlarda da keçid məntəqəsində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir. DİA.AZ-a daxil olan məlumatlara görə, ciddi maxinasiya halları ölkəyə daxil olan mobil telefonlardan, eləcə də qida və sənaye məhsullarından tutmuş fərdi avtomobil idxalına qədər həyata keçirilən bütün sənədləşdirmələr zamanı baş verir. Xüsusilə bəzi ərzaq məhsullarının tam sənədləşdirilmədiyi, yəni bir hissəsinin qeyri-qanuni ölkəyə buraxıldığı vurğulanır. Qeyd edək ki, bu haqda kifayət qədər faktlar mövcuddur. Maraqlıdır ki, bəzi hallarda Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin tabeliyində fəaliyyət göstərən “Qırmızı körpü” keçid məntəqəsində cərəyan edən hadisələr, sanki kimlərinsə qəsdən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək niyyətini büruzə verir. Gəlin nümunə kimi, elə mətbuat orqanlarında təsvir olunan çoxsaylı “standart” vəziyyətlərdən birini nəzərdən keçirək. Bu yaxınlarda Türkiyədən səfərdən qayıtmış bir soydaşımız Qırmızı körpü gömrük-keçid məntəqəsində gördüklərini belə təsvir etmişdi: “Türkiyəyə şəxsi avtomobilimlə getmişdim. Ölkədən çıxanda ciddi problemlə üzləşmirsən. Amma vay o günə ki, ölkəyə qayıtmaq istəyəsən. Təkcə Azərbaycan vətəndaşlarının deyil, vətənimizə gəlmək istəyən əcnəbilərin də burada başına oyun açılır. 5 gün müddətində Türkiyə ərazisində dolaşdıq, bizim avtomobilimizi heç saxlayan olmadı. Geri qayıdanda Türkiyənin gömrük məntəqəsindən Gürcüstana keçəndə bizi cəmi 10 dəqiqə ərzində yoxlayıb yola saldılar. Eynilə Gürcüstanda da gömrükçülər bizi 4-5 dəqiqəyə yola saldılar. Gürcüstanda gömrük məntəqəsində cəmi 4-5 əməkdaş çalışır. Lakin orada özbaşınalıq, rüşvətxorluq olmadığından növbə-filan gözləməli olmursan. Amma elə ki, Azərbaycan gömrüyünə çatdıq, bax burada biz əsl biabırçılıqların şahidi olduq. Gömrükçülərin yaratdığı xaos, rüşvətxorluq nəticəsində burada 3 saat gözləməli olduq. Təsəvvür edin, kim 50 manat rüşvət verirsə, onu yola salırlar, pul verməyənə deyirlər gözlə. Gürcüstandan Azərbaycana maşın gətirənləri hər bir gömrükçü uzaqdan görür, yaxud telefonla zəngləşirlər, gedib onu növbəsiz-filansız qeydiyyata alır. Bunun müqabilində 50 manat rüşvət qoparır. Biz isə gözləməli olduq ki, bunlar nə vaxt pullu müştərilərini yola salacaqlar.” Bəla burasındadır ki, gömrük məntəqəsində baş verənləri müşahidə edənlər əlbəttə ki, təkcə Azərbaycan vətəndaşları deyil. İndi təsəvvür edin ki, ölkəmizin, dövlətimizin imicinə bu kimi hallar necə sarsıdıcı zərbələr vurmuş olur. Bəs görəsən belə bir vəziyyətin yaranmasında bəzi konkret şəxslər maraqlı ola bilməzlər ki? Məsələn, bizdə olan məlumatlara görə “Qırmızı körpü” keçid məntəqəsinin rəis müavini Elsevər Vəkilovun Surət Hüseynovla yaxın ətrafının mənsublarından olub. Hətta mənbələr bildirir ki, o, məhz Surət Hüseynovun baş nazir olduğu vaxtda Nazirlər Kabinetində məsul bir vəzifə də daşıyıb. Hər halda bu faktın özü də maraqlıdır. DİA.AZ-a bu barədə danışan qaynaq iddia edir ki, məhz bu səbədən “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində Surət Hüseynovun adamlarına hər zaman “yaşıl işıq”dır. Hətta onların öz aralarında parolları da var: “Lələ deməyibmi?”... Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.... Geri qayıt |