Əsas Səhifə > Güney Press / Manşet > ““MİLYARDERLƏR İTTİFAQI” İSTƏSƏ, İQTİDARI YIXAR”
““MİLYARDERLƏR İTTİFAQI” İSTƏSƏ, İQTİDARI YIXAR”18-04-2013, 14:02 |
![]() DİA.AZ: - Az əvvəl “Kaspi” qəzetinə istinadən keçmiş DTK rəhbəri Vaqif Hüseynovun “Milyarderlər İttifaqı”na qoşulması ilə əlaqədər təhlili yazını yaymışdıq. Bu yazıya Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl tərəfindən reaksiya verilib. DİA.AZ olaraq həmir reaksiyanı diqqətinizə təqdim edirik: “Yazı heç bir fakta söykənmir. Sumqayıt hadisələri baş verəndə Vaqif Hüseynov respublika DTK-sına rəhbərlik etmirdi. O vaxt sədr Z.Yusifzadə idi. 20 Yanvar hadisələri zamanı V.Hüseynov sovet qoşunu çagıra bilməzdi , çünki 1920- ci ildə Azərbaycana gələn qoşun hələ getməmişdi. 20 Yanvar faciəsi konkret olaraq Qorbaçovun əmri idi, təklifi isə Primakov vermişdi. 20 Yanvar baş verəndə ilk etirazı Azərbaycan DTK kollektivi radioda səsləndirmişdi. "Milyarderlər İttifaqı" deyilən qrupun ofisi yoxdu ki, bir V.Hüseynov da ora baş çəksin. Bu ittifaq diaspora işiylə məşğuldur, başda prezidentin qudası olmaqla. ![]() Nə yalandan qışqırırlar ki, qoymayın, hakimiyyəti bunlar yıxır? İstəsələr, yıxarlar, amma belə bir məqsədləri yoxdu. Və o milyarderlər Vaqif Hüseynovla kontaktdan çəkinirlər, çünki onların Azərbaycanda biznesləri var. Hakimiyətin isə V.Hüseynova münasibətini bildikləri üçün ehtiyat edirlər”. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. REAKSİYAYA SƏBƏB OLAN YAZINI BURADAN OXUYA BİLƏRSİNİZ: bura tıkla Geri qayıt |