Əsas Səhifə > Güney Press / Manşet > KEÇMİŞ REKTORA BAKIDAN YENİ VİDEOLAR ÖTÜRÜLÜB

KEÇMİŞ REKTORA BAKIDAN YENİ VİDEOLAR ÖTÜRÜLÜB


17-04-2013, 16:29
KEÇMİŞ REKTORA BAKIDAN YENİ VİDEOLAR ÖTÜRÜLÜB
DİA.AZ: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin Xətai rayonunun keçmiş prokuroru, mərhum Rövşən Cavadovun qardaşı Mahir Cavadovla Avropada işbirliyində olmaları barədə xəbərlər yayılıb.

Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, keçmiş rektor bir neçə məclisdə Mahir Cavadovun xeyrinə ifadələr işlədib ki, bu da təsadüfi deyil: В«Onlar Avropada davamlı olaraq görüşür və bir-birilərilə əlaqə saxlayırlar. Bu yaxınlarda isə Elşad Abdullayev Mahir Cavadovu açıq surətdə müdafiə edərək hətta onun İranın xüsusi xidmət orqanlarına işləməsi məsələsinə də sərt reaksiya verib və buna inanmadığını bildirib. Eyni zamanda bu kimi ittihamların hakimiyyətin Mahir Cavadova atdığı böhtan olduğunu qeyd edib. Yəni artıq münasibətləri bu səviyyədədirВ».

Mənbəmiz bunları da əlavə etdi: В«Artıq Elşad Abdullayev çox qarışıq bir oyunun içinə girib. Onun kənar qüvvələrin təsiri altına düşmə ehtimalları da yüksəkdir. Azərbaycanda kifayət qədər populyarlaşan Elşad Abdullayevdən bu yolla maraqlı qüvvələr istifadə edə bilər və artıq belə bir təşəbbüslər var:

В«Elşad Abdullayevə həmin qüvvələr tərəfindən Bakıdan bir neçə videoçəkiliş ötürülüb. Bu artıq fərqli çəkilişlərdir və fərqli məkanlardadır. Elşad Abdullayevi həmin videoları yaymağa razı salıblar. Və əgər bu addım atılarsa, keçmiş rektor tamam fərqli bir oyunda iştirak etmiş olacaqВ».

Onu da qeyd edək ki, məsələ ilə bağlı Elşad Abdullayevin В«FacebookВ»dakı ünvanına ismarıc şəklində suallarımızı yollasaq da, cavab ala bilmədik. Yenə də keçmiş rektorun mövqeyini yayınlamaqda maraqlıyıq.

Geri qayıt