Əsas Səhifə > Güney Press / Manşet > PA-DA BÜTÜN ŞÖBƏ MÜDİRLƏRİ VƏZİFƏDƏN ALINIR
PA-DA BÜTÜN ŞÖBƏ MÜDİRLƏRİ VƏZİFƏDƏN ALINIR15-04-2013, 17:02 |
|
DİA.AZ: - Məlum olduğu kimi, son aylarda hakimiyyətiçi balansın dəyişməsi fonunda mövqeləri kifayət qədər zəifləyən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdievin və onun komandasının vəzifələrindən alınması məsələsi gündəmə gəlib. Doğrudur, hələlik bu yöndəki planlamaların icrasının ertələndiyi də söylənilir. Amma redaksiyamıza daxil olan informasiyalardan aydın olur ki, vəziyyət zaman-zaman dəyişə bilər. Bu barədə özünü Prezident Administrasiyasının əməkdaşlarından biri kimi təqdim edən məlumatlı mənbənin DİA.AZ-a ünvanladığı məktubunda deyilir: В«Doğrudur, Ramiz Mehdiyevin gedişilə bağlı qəti hökm verilmir. Buna Kreml imkan vermir. Hər zaman şiddətilə Bakı üzərindəki basqılarını hiss etdirir. Və Azərbaycan hakimiyyəti məcbur olur ki, geri çəkilsin. Amma vəziyyət göründüyü kimi deyil. Ramiz Mehdiyevin əlindəki imkanlar, dünənə qədər ona tanınan haqqlar bir-bir geri alınacaq və onun bütün komandası hakim düşərgədən qovulacaqВ». Bu siyasətin tədricən həyata keçiriləcəyini bildirən məlumatlı şəxs onu da əlavə edib ki, aprel ayının sonları, may ayının əvvəlləri bu kimi dəyişikliklərin start düyməsi basılacaq: В«Prezident Administrasiyasında köklü dəyişikliklər nəzərdə tutulub. Keçən il PA rəhbərinə 4 müavin təyin olundu. Qeyd olunan tarixdə isə bütün şöbə müdirləri dəyişəcək. Çünki kimsəyə etibar olunmur. Sonradan kiminsə təkrarən təyin olunması isə vəziyyətin gedişatından asılıdırВ». Geri qayıt |