Əsas Səhifə > Güney Press / Manşet > SƏFİRLƏR GERİ ÇAĞRILIR: KİM KİMİ ƏVƏZ EDƏCƏK?
SƏFİRLƏR GERİ ÇAĞRILIR: KİM KİMİ ƏVƏZ EDƏCƏK?15-04-2013, 16:23 |
|
DİA.AZ: - Son günlər Azərbaycanın xarici ölkələrdəki səfirləri barədə müxtəlif səpgili minformasilar ölkə gündəmində olan əsas mövzulardandır. Rumıniyadakı səfirimiz Eldar Həsənovun prezidentə geri çağırılmağı ilə bağlı müraciəti və bu istəyin təmin edilməsi, eləcə də Rusiyadakı elçimiz Polad Bülbüloğlu barədə yayılan informasilara belə deməyə əsas verir. Bu gün isə mediada Rumıniyadan geri çağırılan, ancaq hələ də Serbiya, Monteneqro və Bosniya və Herseqovinada səfir vəzifələrində saxlanılan Eldar Həsənovun Polad Bülbüloğlunun yerinə Rusiyaya səfir ediləcəyi barədə xəbərlər yayıldı. Ancaq sonradan Eldar Həsənov özü bu informasiyanı təkzib etdi. Əslində Eldar Həsənovun bu təkzibi real situasiyaya əsaslanır. Çünki E.Həsənov Rumıniyadan geri çağırılsa da, digər 3 dövlətdə işini davam etdirir və tezliklə oradan uzaqlaşacağı gözlənilən deyil. Məlumata görə isə yaxın günlərdə Azərbaycanın bir sıra dövlətlərdəki səfirləri geri çağırılacaq. Bu dövlətlər əsasən dünya siyasətində söz sahibi olan və Azərbaycanın yaxın qonşularıdır. DİA.AZ bildirir ki, bu barədə bizimxeber.az portalı məlumat yayıb. Aldığımız xəbərə görə, tezliklə Azərbaycanın ABŞ, Almaniya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çin, Fransa, İran İslam Respublikası, Rusiya Federasiyası, və Türkiyə Cümhuriyyətindəki səfirləri geri çağırılacaq. Azərbaycanın xarici siyasət sahəsində kifayət qədər təcrübəsi olan Elxan Poluxov (Cənubi Afrika Respublikasında səfir) və ölkə üçün vacib əhəmiyyət kəsb edən Avropa Şurasında daimi nümayəndəliyin rəhbəri Emin Eyyubovun da bu siyahıda olacağı gözlənilir. Məlumatı verən mənbə səfirlərin geri çağırılmasının səbəbləri barədə dəqiqi informasiyanın olmadığını bildirib. Geri qayıt |