Əsas Səhifə > Güney Press / Manşet > VAHİD ƏLƏKBƏROV ABBAS ABBASOVUN BİRLİYİNİ TƏRK EDİR

VAHİD ƏLƏKBƏROV ABBAS ABBASOVUN BİRLİYİNİ TƏRK EDİR


15-04-2013, 15:03
VAHİD ƏLƏKBƏROV ABBAS ABBASOVUN BİRLİYİNİ TƏRK EDİR
DİA.AZ: - Elə bu dəqiqələrdə Rusiyada yaşayan soydaşlarımızdan biri cəmiyyət arasında В«Milyarderlər ittifaqıВ» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqında fikir ayrılığının yaranması ilə bağlı redaksiyamıza informasiya ötürüb. Qaynaq iddia edir ki, uzun müddətdir rəsmi Bakı RATİ daxilində parçalanma ab-havasını formalaşdırmağa çalışır ki, artıq buna nail olunub.

Mənbənin DİA.AZ-a söylədikləri: В«Konkret olaraq В«LukOYLВ» prezidenti Vahid Ələkbərovun hətta RATİ-dən ayrılacağı haqda xəbərlər yayılıb. Onunla Baş nazirin keçmiş müavini Abbas Abbasovun arasında problemlər var. Və yaxud da başqa bir səbəb Vahid Ələkbərovu belə bir addımı atmağa vadar edibВ».

Onu da xatırladaq ki, bir müddət əvvəl Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Azərbaycanda Vahid Ələkbərovun başçılığı altında dövlət çevrilişi planının olması barədə şok açıqlama ilə diqqətə gəlmişdi. Amma gürcü prezidentin həmin xəbərdarlığı rəsmi Bakı tərəfindən qulaqardına vurulmaqla yanaşı, inkar da olundu ki, əslində bu da anlaşılan idi. Hər halda, Saakaşvilinin dediklərini təsdiqləyəcəyi təqdirdə Bakı Rusiyaya ən azından diplomatik savaş açmaq zorunda idi. Amma bütün bunlar bir kəlmə ilə - В«inanmırıqВ» kəlməsilə ötüşdürüldü.

Lakin bütün bunlara rəğmən Azərbaycan hakimiyyəti yenə də öz işini ehtiyatlı tutub və hətta rəsmi Bakının nümayəndələri bu günlərdə Moskvada tanınmış iş adamı Vahid Ələkbərovla görüşüblər də. Bunu deyən mənbəmiz iddia edir ki, məhz bu görüşdən sonra Vahid Ələkbərov geri çəkilmə qərarını verilib: В«Hələlik rəsmən bu addım atılmasa da, Kremlin bu məsələyə reaksiyasından sonra hadisələr qeyd olunan istiqamətdə gəlişə bilərВ».

Geri qayıt