Əsas Səhifə > Güney Press / Manşet > MƏDƏT QULİYEVƏ QARŞI KAMPANİYADA ŞOK İSİMLƏR

MƏDƏT QULİYEVƏ QARŞI KAMPANİYADA ŞOK İSİMLƏR


8-04-2013, 16:38
MƏDƏT QULİYEVƏ QARŞI KAMPANİYADA ŞOK İSİMLƏR
DİA.AZ: - Artıq bir neçə aydır ki, mətbuatda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin rəisi Mədət Quliyevə qarşı hücumlar təşkil olunur. Mədət Quliyev Pentensiar Xidmətə rəis təyin edildikdən sonra çəzaçəkmə müəssisələrinə “girən” əllər qırılmağa başladıqca bu hücumlar daha da fəllaşmağa başladı. Bu barədə DİA.AZ-ın elktron poçtuna göndərilən məlumatda bildirilir.

Mənbə iddia edir ki, Mədət Quliyevə qarşı kampaniya açılıb və bu kampaniyada maraqlı tərəflərdən biri də Milli Məclisin üzvü Adil Əliyevdir.

Məlumatda deyilir: “Bəs görəsən hansı səbəbdən Milli Məclisin üzvü Adil Əliyev Ədliyyə Nazirliyinin yüksək çinli məmuruna, özü də Milli Qəhrəmana qarşı belə mövqeyə gəlib?

Adil Əliyevin öz həmyerlisi, naxçıvanlı iş adamı Laba ləqəbli Mübariz Pənahovla yaxın dostluğu uzun müddətdir ki, davam edir. Bu dostluq ərzində bu iki şəxs türmələrdəki gizli biznesə nəzarət ediblər. Əliyev və Pənahovun “mallarını”nın böyük bir qismini cəzaçəkmə müəssisələrinə keçirən isə Buta qəsəbəsində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi işləmiş Elxan Sadıxov olub.

Elxan Sadıxov Kürdəxanıdakı cəzaçəkmə müəssisəsində və Pentensiar Xidmətin təcridxanasında da işləyib. Bir neçə ay əvvəl bu əməllərinə görə Elxan Sadıxovun tutduğu vəzifədən azad edilməsi A.Əliyev və M.Pənahovun bizneslərinə ciddi təsir edib”.

Geri qayıt