Əsas Səhifə > Güney Press / Manşet > NAXÇIVAN KLANI SEÇKİ ƏRƏFƏSİNDƏ QƏRAR VERDİ
NAXÇIVAN KLANI SEÇKİ ƏRƏFƏSİNDƏ QƏRAR VERDİ4-04-2013, 16:03 |
![]() DİA.AZ: - Hakimiyyət daxilindəki gərginlik davam edir. Vəziyyət elə bir mərhələyə yetişib ki, artıq iqtidariçi güc mərkəzləri bir-birilərinə qarşı kompromat savaşını daha da gücləndiriblər. DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, bu günlərdə iqtidardaxili güclər arasında xüsusi olaraq diqqətə gələn Naxçıvan qruplaşmasına aid çox nüfuzlu simalar bir araya gəliblər. Mənbənin söylədikləri: В«Həmin tədbir çox ciddi çevrələrin diqqət mərkəzində olub və hətta Naxçıvan MR rəhbərliyi də dəstəkləyib. Tədbirdə bir sıra qərarlar verilib. Əsas qərar isə hakimiyyətiçi Rusiyapərəst qanadın Naxçıvan klanını parçalanma cəhdlərilə bağlı olubВ». Hökumət içindən bu məlumatı ötürən mənbəmiz iddia edir ki, son zamanlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təlimatı əsasında Naxçıvan qruplaşmasının PA-dakı dayaqlarına qarşı hərəkətlənmə var: В«Onların nəzarət altına alınması, onların və onlara yaxın şəxslərin fəaliyyəti barədə məlumatların toplanılması üçün Mehdiyev özünə yaxın dairələrə, şəxslərə təlimat verib. Və bu təlimatla yanaşı, Naxçıvan klanının parçalanması da prioritet məsələ kimi Mehdiyevin qarşısında dayandığından ayrı-ayrı şəxslərlə danışıqlar da həyata keçirilirВ». Məhz bu səbəbdən Naxçıvan qruplaşmasının toplandığını bildirən mənbəmiz bildirdi ki, toplantı zamanı Mehdiyevə qarşı aşkar fəaliyyət qərarı da verilib: В«Bu qərarın təzahürləri yaxın günlərdə ortaya çıxacaqВ». Geri qayıt |