Əsas Səhifə > Güney Press / Manşet > SAATLININ İCRA BAŞÇISINDAN BASQIN ƏMRİ

SAATLININ İCRA BAŞÇISINDAN BASQIN ƏMRİ


1-04-2013, 18:24
SAATLININ İCRA BAŞÇISINDAN BASQIN ƏMRİ
İcra başçısı Siraqəddin Cabbarovun müharibə veteranın icarəyə götürdüyü kafeyə basqın edərək bu iaşə obyektini də ələ keçirmək istəyi rayonda yeni qarşıdurma ocağı yaradıb…

DİA.AZ: - Saatlıda baş verən qalmaqallar səngimir. Bu gün redaksiyamıza zəng edən Qarabağ müharibəsi veteranı B.Qasımov bildirdi ki, Azərbaycanlıların 31 mart soyqırım günündə rayonun mərkəzində yerləşən, Qarabağ müharibəsi veteranı, rayon Veteranlar Şurasının sədri Əliağa Qurbanovun icarəyə götürdüyü kafeyə basqın edildi. DİA.AZ bildirir ki, bu barədə “Təzadlar” qəzeti məlumat yayıb. Mənbə bildirdi ki, həmin gün saat 16 radələrində Saatlı rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cəbbarov başda olmaqla, rayon polis şöbəsinin rəisi Cəbrayıl Vəliyev, RPŞ-nin rəis müavini Hacı Əhmədov və bir neçə polis əməkdaşı qəflətən kafe-çayxanaya daxil olmuş, orada çay içən insanları sorğu-sual etmiş, kafenin digər otaqlarını və mətbəxini yoxlamışlar. Çay içən vətəndaşlardan biri ilə icra başçısı arasında bu hərəkətə görə insident də olmuşdur.

Mənbə onu da bildirdi ki, daha sonra icra başçısı Siraqəddin Cabbarov bu çayxanaya guya demaqoqların, müxalifətçilərin toplaşdığını əsas gətirərək təcili olaraq kafe-çayxananın bağlanmasını tələb etmişdir. Həmçinin, icra başçısı çayxanada olan üç gəncin polis şöbəsinə aparılması barədə polis rəisinə göstəriş də vermişdir: В«Məsələ ondadır ki, Prezident gənclərin, digər təbəqədən olan insanların istirahətinin səmərəli təşkilindən söz saldığı bir vaxtda, Saatlı kimi kiçik ərazisi olan şəhərdə insanların toplaşdığı bir məkan olmalıdır… RİH başçısı yersiz halda çayxanaya daxil olanda da ona deyildi ki, bəs bu insanlar hara gedib söhbət etsin, ünsiyyət qursun? Qumarxanaya, sizə məxsus restoran və istirahətxanalara? Bəlkə meydanlara axışsınlıar? Əgər bu toplaşma yerindən narazılıq varsa, bura RİH başçısının və ya polis rəisinin nümayişkəranə halda gəlməsinə nə ehtiyac? Bura bir agent göndərmək olar ki, o da bütün söhbəti sizə çatdırar. Yoxsa, insanların çayxana söhbətinin də qarşısını almaq istəyirsiniz? İnsanlar ailə-məişət problemindən ürək qızdırdığı insanlara danışmasın?!В»

***

Qalmaqalla bağlı çətinlik də olsa Əliağa Qurbanovla əlaqə saxlaya bildik. O, hadisənin həqiqətən də baş verdiyini təsdiq etdi: «…Canını-qanını vətən yolunda qoymuş insanın belə təhqir olunması yolverilməzdir. Mən Ali Baş Komandana, Milli Təhlükəsizlik Nazirliyinə müraciət hazırlamışam. Qu tükündən olan yataqda В«Daş yuxularВ» görənlərlə bir rayonda yaşamaq çox çətindir. RİH başçısı bilməlidir ki, çayxana-qədimlərdən insanların dərdləşmə, ünsiyyət yeri olub. İndi kim deyə bilər ki, Bakıdakı Milli Parkdakı çayxanalara demaqoqlar yığışır? Yaxud, Saatlı RİH başçısı Siraqəddin Cabbarovun Saatlıdakı, Bakıdakı iaşə obyektlərinə şikayətçi adamlar yığışıb boş-boş söhbət edirlər, onları ordan qovmaq lazımdır? Mən sizə daha geniş açıqlamamı bir neçə saata göndərəcəyəm. Prezidentə ünvanlı müraciətimi dərc etməyinizi xahiş edirəm…»

Geri qayıt