Əsas Səhifə > Güney Press / Manşet > MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİ ÜSYANA QALXA BİLƏR

MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİ ÜSYANA QALXA BİLƏR


29-03-2013, 14:33
MƏCBURİ KÖÇKÜN AİLƏLƏRİ ÜSYANA QALXA BİLƏR
DİA.AZ: - Məlum olduğu kimi, artıq neçə gündür ki, Bakı Dövlət Universitetinin tələbə şəhərciyindəki yataqxanalarda yaşayan məcburi köçkün ailələri Müşfiqabad qəsəbəsində onlar üçün salınmış şəhərciyə köçürülürlər. Doğrudur, bu köçhaköç prosesindən narazı qalanlar olğsa da, əksəriyyətin razılığı ilə baş verən proseslə bağlı elə bir ciddi şikayətin eşidilməməsi vəziyyətin axarında getməsindən xəbər verməkdədir.

Amma bu, ilk baxışdan belə imiş. Köçhaköçdən şikayətçi düşənlər də var. DİA.AZ-a göndərdikləri müraciətlərində bir qrup məcburi köçkün ailəsi BDU-nun tələbə şəhərciyində baş verən proseslərdən narahat olduqlarını bildirirlər. Bildirək ki, həmin şikayətçilər onlar üçün ayrılan və yaxud da ayrılacaq evlərdən narazılıq etmirlər. Narazılıqları tamam başqadır.

Şikayətçi düşən məcburi köçkünlər yazır ki, ərazidə 100-ə yaxın irili-xırdalı obyekt var ki, yüzlərlə ailənin dolanışıq yeri olub: В«Həmin obyektlərin sahibləri də oradan dolanıb, icarəyə götürüb işlədənlər də, orada çalışanlar da. İndi isə evlərin qarşılığı verilsə də, obyektlərə görə heç bir kompensasiya verilmir. Halbuki həmin obyektlər ya pulla alınıb, ya da tikintisinə xərc çəkilibВ».

Narazılıq edən məcburi köçkün ailələri bildirir ki, onların Müşfiqabad qəsəbəsinə bu şəkildə köçürülmələri - obyektlərinin qarşılığında heç bir kompensasiyanın verilməməsi əslində Qarabağın işğalı zamanı düşdükləri vəziyyətə qaytarılmaları anlamını daşıyır: В«Necə ki, torpaqlarımızı düşmən işğal edəndə əliyalın, işsiz-gücsüz qalmışdıq, sıfır vəziyyətində idik. İndi də həmin vəziyyətə salırlar bizi. Biz buradan aidiyyatı qurumlara səslənirik və bildiririk ki, əgər obyektlərin qarşılığı hansısa formada ödənməzsə, ya da köçdüyümüz yerdə iş qurmaq üçün şərait yaradılmazsa, o zaman biz köçməkdən imtina edəcəyikВ».

Onu da bildirək ki, redaksiyamıza göndərilən müraciəti 94 məcburi köçkün ailəsi imzalayıb. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt