Əsas Səhifə > Güney Press / Manşet > MASALLIDA SAHİBKARLAR NECƏ RAM EDİLİR?

MASALLIDA SAHİBKARLAR NECƏ RAM EDİLİR?


28-03-2013, 16:10
MASALLIDA SAHİBKARLAR NECƏ RAM EDİLİR?
İCRA BAŞÇISI İŞ ADAMLARINI В«İRAN AGENTİВ» ÇIXARMAQLA HƏDƏLƏYİR

DİA.AZ: - Prezident Administrasiyasındakı vəzifəsindən Masallı rayon icra başçısı postuna transfer olunan Rafil Hüseynov sözügedən rayona ayaq basar-basmaz öz qanunlarını diqtə etməyə başlayıb. Elə buna görədir ki, hətta Masallının keçmiş başçısı, hal-hazırda Astara rayon İH-nə rəhbərlik edən Qəzənfər Ağayevin obyektləri belə yerlə-yeksan olundu. Yəni Rafil Hüseynov hətta vəzifə başında olan həmkarına belə güzəştə getmədi ki, bu da əslində onun hakimiyyət içində güvəndiyi В«dağlarınВ» qüdrəti kimi anlaşıldı.

Lakin icra başçısının bu kimi addımlarının ümumiqtidar maraqları ilə uzlaşmadığı da söylənilir. Ən azından prezident İlham Əliyevin 12 fevral müşavirəsində yerlərdə sahibkarların hüquqlarının pozulmasına verdiyi sərt reaksiyadan belə anlaşılır. Amma buna rəğmən Masallıda vəziyyətin tamam fərqli olduğunu söyləmək olar. Çünki bu rayonda sahibkarlar rəsmən В«Kərbəla müsibətiВ» yaşayırlar.

Rayondakı qaynaqların DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, bu gün Masallıda hətta kanalizasiya xəttlərinin yenilənməsi belə yerli sahibkarların hesabına həyata keçirilir: В«Ən cüzi xərclər də Masallının iş adamlarının boynuna qoyulur. Büdcədən abadlıq-təmir adı altında ayrılan vəsait isə birbaşa olaraq Rafil Hüseynovun cibinə gedirВ».

Mənbəmizin sözlərinə görə, icra başçısının bu kimi əməllərindən gileylənən bir neçə sahibkar isə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hədələnib: В«Onlara rəsmən deyilib ki, əks halda, tabe olmayacaqları təqdirdə В«İran agentiВ» kimi həbs ediləcəklər. Odur ki, bu gün həmin sahibkarlar hətta mətbuata, hansısa dövlət qurumuna belə şikayət etməkdən ehtiyatlanırlarВ».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt