Əsas Səhifə > Güney Press / Manşet > HÜQUQŞÜNASDAN SƏRT İTTİHAMLAR

HÜQUQŞÜNASDAN SƏRT İTTİHAMLAR


30-11-2011, 18:35
HÜQUQŞÜNASDAN SƏRT İTTİHAMLAR

ƏLİABBAS RÜSTƏMOV RAMİZ RZAYEVİ KORRUPSİYADA İTTİHAM ETDİ

DİA.AZ: - Bu gün “Yasavul” Hüquq Şirkətinin direktoru Əliabbas Rüstəmov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında peşə fəaliyyətinə görə təqib olunduğunu bildirib.

Rüstəmov məhkəmələrdəki özbaşınalıqlar, qanunsuzluqlar və rüşvətxorluq halları ilə bağlı bir sıra faktları açıqlayıb. Məhkəmə sistemindəki acınacaqlı vəziyyətə görə o, Ali Məhkəmənin sədri Ramiz Rzayevi günahlandırıb. Onun sözlərinə görə, mülki işlərlə bağlı qərarlar xüsusilə dözülməz olub.

“Əvvəllər məhkəmələrdə mülki işlərdə sifarişlər yüksək vəzifəli şəxslərdən gəlirdisə, Ramiz Rzayevin dövründə kimin pulu çoxdursa, o işi udur”, deyə vəkil əlavə edib.

Rüstəmov əmlakı əllərindən alınmış şəxslərin hüquqlarını müdafiə etdiyinə görə dəfələrlə təzyiqə məruz qaldığını iddia edir.

Belə ki, müxtəlif vaxtlarda ona qarşı CM-in 311 (rüşvət tələb etmə), 178 (dələduzluq) və 213-cü (vergidən yayınma) maddələri ilə cinayət işləri qalıdırılıb. Bunun arxasında hakim elitanın nüfuzlu şəxləri, o cümlədən Prezident Administrasiyası icra aparatının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, hazırda parlamentin deputatı olan İlham Əliyev dururdu.

Hazırda Vergilər Nazirliyi Rüstəmova qarşı 213-cü maddə (vergidən yayınma) ilə iş aparılır. Rüstməva məxsus digər “Çənlibel” firması 30 min manat vergidən yayınmada ittiham olunur və buna görə Rüstəmov 3 ildən 7 ilədək həbs oluna bilər.

Rüstəmovun fikrincə, o, bir sıra tikinti şirkətlərini müdafiə edərək, onlara qarşı vergi hüquqpozmaları ittihamlarının əsassız olduğunu sübut etdiyinə görə təqib olunur. Hüquqşünas iddia edir ki, indi Vergilər Nazirliyi onunla hesablaşır.

“Dünya” İnformasiya Agentliyi bu məlumatda adları hallanan digər tərəflərə də söz verməyə hazırdır.

Geri qayıt