Əsas Səhifə > Güney Press / Manşet > BAYRAMDAN SONRA HANSI İCRA BAŞÇISI YOLA SALINIR?

BAYRAMDAN SONRA HANSI İCRA BAŞÇISI YOLA SALINIR?


18-03-2013, 15:00
BAYRAMDAN SONRA HANSI İCRA BAŞÇISI YOLA SALINIR?
DİA.AZ: - Hakimiyyətin icra başçıları ilə bağlı yürütdüyü islahatlar Novruz bayramından sonra davam edəcək. Bu məlumatı DİA.AZ-a verən Nazirlər Kabinetindəki mənbəmiz bildirib ki, adları В«qara siyahıВ»ya düşhən 10 icra başçısından yalnız ikisi ilə bağlı qərar verilib ki, yerdə qalan digər 8 icra başçısının vəzifələrindən azad edilməsi Novruz Bayramından sonraya saxlanılıb.

Mənbənin söylədikləri: В«Paytaxt rayonlarından ikisini - Xətai və Səbayel rayonlarının icra başçılarının vəzifələrindən alınacağı gözlənilir. Eyni zamanda 6 əyalət rayonunun da başçısı işdən çıxarılacaqВ»

Yalnız bir icra başçısının başqa bir rayonda eyni vəzifəyə təyin ediləcəyini bildirən mənbəmiz ən təhlükəli durumun Xətai aryon icra hakimiyyətinin başçısı Razim Məmmədovla bağlı olduğunu da söylədi: В«Razim Məmmədovun adı hazırda istintaq aşamasında olan iki cinayət işində də hallandırılır ki, bu da Xətainin rəhbəri üçün hər zaman qüvvədə olan təhlükə anlamını daşımaqdadır. Və gözləniləndir ki, icra başçısı postundan alınacağı təqdirdə Raziim Məmmədov barəsində hüquqi addımlar da atılsınВ».

Xatırladaq ki, Razim Məmmədov adı mətbuatda fırıldaqçı kimi tanınan В«GENВ» MMC-nin ortaqlarından biri olub.

Geri qayıt