Əsas Səhifə > Güney Press / Manşet > “UNİBANK” KEÇƏLLƏ KOSANI BU İL QOVA BİLMƏYƏCƏK
“UNİBANK” KEÇƏLLƏ KOSANI BU İL QOVA BİLMƏYƏCƏK18-03-2013, 13:45 |
|
DİA.AZ: - "Unibank" televizya və rado ilə özünü reklam etdirir və insanları tam əmin etməyə çalışır ki, guya millətə guzəşli kreditlər verir. Ancaq, bunların niyyəti milləti ələ salmaqdan başqa bir şey deyil. Mənim kimi 9 milyondan çox əhali yaşayan Azərbaycanda "Unibank"a milləti barmağına dolamaq səlahiyyətini kim verib, heç cür anlaya bilmirəm. Mən radioda eşitdim ki, "Unibank" zəmanətsiz, arayışsız, qeydiyyatsız, təkcə şəxsiyyət vəsiqəsi ilə 5000 manata qədər kredit verir. Vətəndaşlara təkcə şəxsiyyət vəsiqəsi ilə kreditin verildiyini eşidəndə çox sevindim və "Unibank"a inamım və hörmətim artdı. Səhərisi günü gəldim "Unibank"a dedim ki, reklamınızı eşidib gəlmişəm. Məndən soruşdular ki, kredit almaq istəyirsən? Mən də televiziyada, radioda gündə reklam olunan kredit növündən yararlanmaq istədiyimi bildirdim. Bank işcisi mənə bildirdi ki, "qardaş, sən 5000 manat kredit almaq üçün gərək bizim etibar etdiyimiz müştəri olasan. Yəni indiyə qədər bizdən ən azı 4-5 kredit almış və onları vaxlı-vaxtında ödəmiş olasan ki, sənə etimadımız olsun ki, biz də hazırda sənin istədiyin 5000 manatı sənə verək. Yox, indiyə qədər "UniBank"ın müştərisi olmamısansa, onda gərək iş yerinden arayiş gətirəsən, zamin duranın da olsun ki, biz sənə kredit verək". Mən qeyd etdim ki, jurnalistəm və ofisimiz "Azərbaycan" nəşriyyatında yerləşir. Bank işçisi dərhal dedi ki, "yox, biz jurnalislərə kredit vermirik". Məndə sual yarandi ki, görəsən, mən bu ölkənin vətəndaş deyiləmmi? Jurnalist insan deyil? Bu ölkədə jurnalistə niyə qiymət verilmir, yəni əsil jurnalistlərdən söhbət gedir. Nə isə, qayıdaq mətləbə. Görəsən, bu yanlış reklamı ilə milləti aldadan "Unibank" kimlərə güvənir? Bu yazını yazmaqla onu diqqətə çatdırmaq istəyirəm ki, "Unibank" öz reklam carxını dəyişsin, 9 milyonluq Azərbaycan əhalisinə doğru dürüst məlumat versin ki, insanlar da ondan narazı qalmasınlar. Əhali arasında rəğbəti olan digər banklar kimi, öz fəaliyyətində şəffaflığa daha çox üstünlük versin. Necə deyələr, nə şiş yansın, nə kabab. Daha deməsinlər ki, bu ölkəyə kosa ilə keçəl gələməyəcək. Gələcək, cənablar, gələcək. Hər halda keçəl ilə kosa min illərdir bu xalqın etimadını qazanıblar… Sizdən fərqli olaraq… Mövzuya bir daha qayıdacağıq. Geri qayıt |