Əsas Səhifə > Güney Press / Manşet > DAHA BİR SABİQƏ BAKIDA VƏZİFƏ VERİLƏ BİLƏR

DAHA BİR SABİQƏ BAKIDA VƏZİFƏ VERİLƏ BİLƏR


15-03-2013, 15:41
DAHA BİR SABİQƏ BAKIDA VƏZİFƏ VERİLƏ BİLƏR
DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycanın Rumıniyadakı səfiri, keçmiş baş prokuroru Eldar Həsənov prezident İlham Əliyevə müraciət etdiyini açıqlayıb. Müraciətində o, səfir vəzifəsindən azad edilməsini xahiş edib. Mətbuata açıqlamasında keçmiş baş prokuror addımını işinin ağırlığı ilə izah etsə də, amma məsələnin tamam fərqli olduğu üzə çıxıb. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələr məlumat verib.

Xatırladaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyev Monteneqroya və Xorvatiyaya səfər etmişdi. Bildirək ki, Monteneqro səfərində prezidenti həm də Azərbaycanı həmin ölkədə təmsil edən Eldar Həsənov da müşaiyət edib. Mötəbər mənbə bildirir ki, bu səfər zamanı prezidentlə Eldar Həsənovun arasında görüş fürsəti olub və fürsəti əldən verməyən keçmiş baş prokuror prezidentdən Azərbaycana dönməsi üçün xahiş edib.

Mənbəmiz bildirir ki, bu zaman Eldar Həsənovun xarici işlər nazirinin müavini postuna gətirilməsi məsələsi də gündəmə gəlib. Onu da bildirək ki, Eldar Həsənovun özü də bundan sonrakı fəaliyyətini hansı istiqamətdə davam etdirəcəyi ilə bağlı suala belə cavab verib: “Hər halda diplomatik fəaliyyətimi davam etdirəcəm. Bu peşə mənim üçün sonradan gəlmə olsa belə, mən diplomatik sahədə özümü daha rahat hiss edirəm. Dövlətimizə, milli maraqlarımıza, prezidentimizin həyata keçirdiyi siyasətə xidmət etməyə çalışıram. Düşünürəm ki, bu istiqamətdə əlimdən gələni edəcəm, üzərimə düşən vəzifə borcumu harada olmasından aslı olmayaraq həyata keçirməyi özümə bir vətəndaş borcu hesab edirəm. Burda da mən qərar sahibi deyiləm. Sözsüz ki, burada da hər şey dövlətimizdən, cənab prezidentimizin verəcəyi qərardan asılıdır. Hər bir qərara hörmətlə yanaşıram”.

Məlumatlı mənbənin söylədiyinə görə, keçmiş baş prokruorun hətta nazir postuna gətirilməsi də söz konusudur…

Geri qayıt