Əsas Səhifə > Güney Press / Manşet > ZAQATALANIN İCRA BAŞÇISI NƏDƏN YERİNDƏ DEYİL?

ZAQATALANIN İCRA BAŞÇISI NƏDƏN YERİNDƏ DEYİL?


14-03-2013, 15:34
ZAQATALANIN İCRA BAŞÇISI NƏDƏN YERİNDƏ DEYİL?
DİA.AZ: - "Zaqatalada dözülməz sosial problemlər yaşanır. Rayonda rüşvət və korrupsiya ənənə halını alıb. Demək olar ki, ağır və dözülməz şərait, tibbin və təhsilin rüşvət üzərində bərqərar olması, bələdiyyələrin və yerli icra nümayəndələrinin ağalığı rayonda yaşayanların güzəranını "göy əskiyə" büküb. Zəlzələnin fəsadlarının aradan qaldırılması isə yerli icra orqanları üçün biznes vasitəsinə çevrilib".

Bu barədə DİA.AZ-a Zaqatala rayon sakinləri məlumat veriblər. Onlar bildirilər ki, rayonda məmur özbaşınalığı hökm sürür və yerli məmurların zülmündən insanlar cana doyub. Ancaq icra baçısı Mübariz Əhmədzadə rayonu nəzarətsiz buraxıb. Demək olar ki, Zaqatalanı icra başçısının müavinləri idarə edirlər. Sakinlər bildirir ki, icra başçısını yerində tapmaq da onlar üçün çətinləşib.

Sakinlərin sözlərinə görə, icra başçısı rayonda böyük torpaq ərazilərini də iş adamlarına və əcnəbilərə satır. Özü isə hazırda biznesi ilə başı qarışdığından əhalinin güzaranı ilə qətiyyən maraqlanmır. Qeyd edək ki, Zaqatalanın icra başçısı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır.

Onu da bildirək ki, bu gün “Kür” Vətəndaş Qərərgahə Cəmiyyəti Zaqataladakı şok yeyinti faktları ilə bağlı araşdırma-hesabatını açıqlayıb ki, həmin hesabatda da yerli icra strukturlarının korrupsiya burulğanında boğulmaları sübutlarla ortaya qoyulub.

Geri qayıt