Əsas Səhifə > Güney Press / Manşet > İRAN İNDİ DƏ BİZİ В«ÇEREZВ» RUSİYA HƏDƏFƏ ALIR

İRAN İNDİ DƏ BİZİ В«ÇEREZВ» RUSİYA HƏDƏFƏ ALIR


4-03-2013, 14:33
İRAN İNDİ DƏ BİZİ В«ÇEREZВ» RUSİYA HƏDƏFƏ ALIR
DİA.AZ: - Artıq Azərbaycan dövlətinə və Azərbaycan türkünə qarşı düşmən mövqeyi şübhə doğurmayan fars-molla rejimindən ünvanımıza hansısa həqarətin eşidilməsi bir ənənə halını alıb. Azərbaycanın dövlət müstəqilliyini, Azərbaycan dövlətinin varlığını həzm edə bilmədiyini aşkar surətdə ortaya qoyan və əlinə düşqən fürsətdəcə öz çirkin mahiyyətini В«Bakı dövlətiВ» kimi ifadələrlə biruzə verən molla mətbuatı bu dəfə də öz ənənəsinə xilaf çıxmadı.

DİA.AZ bildirir ki, bu dəfə molla təbliğatçıları özünü В«Moskva Şiələri CəmiyyətiВ» adlandıran bir təşkilatın sədrinin dili ilə Azərbaycanı şədəfə alıb. В«AranNewsВ» portalında yer alan həmin materialı olduğu kimi diqqətinizə çatdırırıq:

В«Moskva Şiələri Cəmiyyətinin sədri Famil Cəfərov Azərbaycanın bir sıra ruhani və islamçı fəalarının həbsinə münasibət bildirərək deyib: “Bakı dövlətinin ruhanilər əleyhinə hərəkətləri bu hökumətin dünya səviyyəsində abrını aparır”.

O artırıb: “Hal-hazırda dünyada müsəlman ruhaniləri zindana salan bir ölkə yoxdur. Bakı dövlətinin camiənin bu ziyalılar sinfi əleyhinə hərəkətləri onun beynəlxalq səviyyədə imicinə zərbə vurur”.

“Zindana salınan ruhanilərdən biri də AİP sədri Mövsüm Səmədovdur. O heç bir cinayət törətməyib”, deyə cəmiyyətin sədri bildirib.

O artırıb: “Doktor Səmədov və partiyanın digər üzvlərinə qarşı sürülən silah saxlamaq, narkotik əldə etmək kimi ittihamların hamısı əsassızdır”.

Cəfərov deyib: “Bu şəxslər müsəlman ruhanilər, mömin insanlardır. Silah və narkkotik maddələrlə heç bir əlaqələri yoxdur. Onlara qarşı yürüdülən ittihamları saxta sayıram və onların hər birinin tamamilə azadlığa buraxılmasına təkid edirəm”.

O deyib: “Qabaqlar demişik, indi də təkid edirik ki, Azərbaycan dövlətinin ruhanilərlə təhqiredici rəftar etməyə haqqı yoxdur. Onların qədrini bilmək lazımdır. Ruhanilər, peyğəmbərlərin varisləridir və insanlara düzgün yol göstərirlər”.

Cəmiyyətin sədri artırıb: “Tarix boyu şahidi olmuşuq ki, müsəlman ruhanilər, əsasən də şiələr zülmlə mübarizədə həmişə ön sırada olublar, heç bir zərbə və təhlükədən qorxmayıblar. Azərbaycanın torpaqlarının 20 faizi erməni işğalında olduğu halda Bakı dövləti təfriqə yaradacaq hərəkətlərdən çəkinməlidir”.

F. Cəfərov ölkədə ruhanilərlə dövlət arasıdakı ixtilafların aradan qalxacağına və dövlətin ümdə islami prinsipləri pozmaqdan çəkinəcəyinə ümidvar olduğunu da bildirib.

O sonda deyib: “Azərbaycan dövlətinin islamçı fəallara qarşı kobud və qeyri-insani rəftarı davam etdiyi surətdə biz də dindar məhbusların azadlığı üçün öz hüquqlarımızdan istifadə edəcəyik və bu yolda heç bir səyi əsirgəməyəcəyik”В».

Geri qayıt