Əsas Səhifə > Güney Press / Manşet > GÖMRÜK RƏİSİNDƏN FHN ŞEFİNƏ ŞİKAYƏT OLUNDU
GÖMRÜK RƏİSİNDƏN FHN ŞEFİNƏ ŞİKAYƏT OLUNDU4-03-2013, 14:16 |
|
DİA.AZ: - Zaman-zaman gömrük orqanlarındakı özbaşınalıqlarla bağlı sizləri məlumatlandırmışıq. Bu dəfə də redaksiyamıza müraciət edən bir qrup Lənkəran rayon sakini Astara gömrük idarəsinin işçilərindən və rəhbərliyindən şikayətlənirlər. Narazı vətəndaşların DİA.AZ-a ünvanladıqları məktubda deyilir: В«Astara gömrük idarəsi İranla həmsərhəd olan gömrük keçid məntəqələri arasında ən sıx olanıdır. Gün ərzində təkcə sıravi vətəndaş olaraq 1000-ə yaxın şəxs bu qapıdan giriş-çıxış edir. Rəqəmi təsadüfən açıqlamırıq. Yəni bu o deməkdir ki, Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov hər adamdan 10 manatdan pul alanda günə 10 min manat pul edir və aya 300 min manat pul deməkdirВ». Şikayətçilər bildirir ki, dəfələrlə qeyri-qanuni olaraq sərhədi keçənlərdən yığılan 10 manatlıq В«rüsumlaВ» bağlı müxtəlif dövlət qurumlarına şikayət etsələr də, kimsə Astara gömrükxanasının başçısı В«RokfellerВ» ləqəbli Hikmət Məmmədova söz deyə bilməyib: В«Əgər söz deyə bilsəydilər, o zaman bizdən pul almazdılar. Elə adamlar var ki, həftəlik bazarlıqlarını da ucuz olduğuna görə İrandan edirlər. Amma hər dəfə 10 manat alınanda, kasıb adamların büdcəsinə bu ciddi ziyan edirВ». Əliyev Fəqan, Rəhimov Mürsəl, Nağıyev Şamil və daha 6 nəfərin ünvanladığı şikayət məktubunun müəllifləri Hikmət Məmmədovla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərova da müraciət ediblər: В«Biz mətbuatdan oxumuşuq ki, gömrük orqanları Kəmaləddin Heydərov cənablarının nəzarətindədir. Biz buradan cənab nazirə müraciət edirik və ondan xahiş edirik ki, Hikmət Məmədovu durdursun. Çünki onun varlanması hesabına minlərlə Cənub rayonlarının sakinləri talan edilirВ». Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq… Geri qayıt |