Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEV HAQQINDA BİLMƏDİKLƏRİMİZ
RAMİZ MEHDİYEV HAQQINDA BİLMƏDİKLƏRİMİZ4-03-2013, 13:45 |
![]() DİA.AZ: - Ötən əsrin 30-cu illəri - Naxçıvanın Şərur rayonunun Qarxun kəndində yaşayan Ənvər Mehdiyev neçə illərdi ailə qurmasına baxmayaraq övlad üzünə həsrət qalmışdı. Bir gün Ənvər kişi ilə həyat yoldaşı mərkəz Bakıya yollanırlar və bir müddətdən sonra böyük bir çamadanla Naxçıvana qayıdırlar. Həmin qayıdış günündən etibarən Mehdiyevlər ailəsinin bir oğlan övladının olması barədə xəbər yayılır. Bəli 1938-ci ilin 17 aprel tarixində. Həmin zamanlar ailə üzvləri ağıllarına belə gətirə bilməzdilər ki, bu balaca uşaq gələcəkdə kim olacaq? Günlər həftələri, həftələr ayları, aylar illəri qovdu. Mehdiyev Ramiz Ənvər oğlu böyüyərək Azərbaycan Dövlət Universiteti bitirdi və "Xəzərdənizneft" İdarəsində işə başladı. Gənc Ramiz Mehdiyev sovetlər dövründə hakimiyyət nərdivanına necə dırmandı və ya Heydər Əliyev ona nəyə görə kömək etdi? Qısa zaman kəsiyində Azərbaycan LKGİ MK-da təlimatçı, LKGİ Naxçıvan vilayət komitəsinin ikinci katibi, Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin kiçik elmi işçisisi, Azərbaycan Dövlət Universitetinin elmi kommunizm kafedrasının müəllimi olan Ramiz Mehdiyev hakimiyyət nərdivanının pillələrinə ayaq qoymağın vaxtının çatdığını qət etdi və sürətlə Azərbaycan KP MK-nın təbliğat və təşviqat, sonra elm və tədris şöbələrində, mühazirəçi, şöbə müdirinin müavini, 26 Bakı komissarı adına rayon partiya komitəsinin birinci katibi, Azərbaycan KP MK-nın elm və tədris şöbəsinin və təşkilat-partiya şöbəsinin müdiri oldu. Nəhayət o, 45 yaşında millətlərin həbsxanası sayılan sovetlər imreiyasının dönəmində öz kariyerasının ən yüksək pilləsinə çatdı. Daha dəqiqi 1983 –cü ildə Azərbaycan KP MK-nin katibi vəzifəsinə təyin olundu. Bu vəzifəyə gətirilməsində isə sözsüz ki, Heydər Əliyevin müstəsna xidməti olmuşdu. Heydər Əliyev Ramiz Mehdiyevin xarakterində xüsusi əhəmiyyət kəsb edən intriqantlığını, soyuqqanlı qəddarlığığını gördüyünə və nəhayət naxçıvanlı olduğuna görə ona çox kömək etdi. Bir sözlə onu məmur Ramiz Mehdiyev edən Heydər Əliyev idi. İsa peyğəmbərin 13-cü həvarisi kimi Ramiz Mehdiyev büdrəyən kimi Heydər Əliyevi satdı Lakin zaman sürətlə dəyişirdi. Kecmiş SSRİ-də və o cümlədən Azərbaycanda fırtınadan qabaqkı zaman - Qarbaçov zamanı başlamışdı. Sözsüz ki, Heydər Əliyevi neytrallaşdıran Qarbaçov onun kadrlarını da təmizləməyi qarşıya məqsəd qoymuşdu. Növbə Ramiz Mehdiyevə çatanda o İsa peyğəmbərin 13-cü həvarisinin yolunu tutdu. Yəni Vəzirov hakimiyyətə gələn kimi ilk plenumda Heydər Əliyevin və onun ətrafına qarşı çıxanlardan biri təəccüblü olsa da Ramiz Mehdiyev oldu. Heydər Əliyevin bunca yaxşılıqlarına rəğmən həmin tarixi plenumda Ramiz Mehdiyev mən В«Heydər Əliyevin adamı olmamışamВ» fikirlərini işlətməkdən belə çəkinmədi. Amma Moskva hər şeyi əlinin içi kimi bilirdi və 1988-ci ildə Ramiz Mehdiyev KP MK-nin katibi vəzifəsindən çıxarıldı. Lakin Heydər Əliyevə qarşı dönüklüyü də nəzərə alındı və Mehdiyev 1988-ci ilin 1 iyun tarixində Azərbaycan Elmlər Akademiyasının ictimai-siyasi təvqiqatlar və informasiya institutuna şöbə müdiri təyin edildi. Maraqlı tərəf bundadır ki, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində imreriyanın çöküşü, dövlət sevrilişləri, milli hakimiyyət və yenidən hakimiyyət dəyişiklikləri baş versə də, Ramiz Mehdiyev bir gün də olsun işsiz qalmadı. Vəzirova yarınıb özünü qoruya bilən Ramiz Mehdiyev yerini yenicə rahatlamışdı ki, vəziyyət yenidən qarışdı. Bu dəfə hakimiyyətə Ayaz Mütəllibov gəldi. Heydər Əliyev tərəfdarları YAP-ı yaradanda Ramiz Mehdiyev Ayaz Mütəllibova Əmək Partiyası yaratmaq üçün yerlərdə özəklər təşkil edirdi Ramiz Mehdiyev yenə də siyasi fəndlərini ustalıqla işə saldı və Ayaz Mütəllibova da В«xodВ» tapdı. Ayaz Mütəllibovla görüşdən çıxdıqdan sonra Ramiz Mehdiyevin elə qəbul otağındaca В«Heydər Əliyevi məhf etdimВ» В«kəlamıВ» o zamanlar dillər əzbəri olmuşdu. Bu, o zamanlar idi ki, Heydər Əliyev tərəfdarları YAP-ı yaratmaqla məşğul idilər. Ramiz Mehdiyev isə Ayaz Mütəllibova Əmək Partiyası yaratmaq üçün yerlərdə özəklər təşkil edirdi. Beləliklə, Heydər Əliyevin komsomoldan qolundan tutub qabağa çəkdiyi Ramiz Mehdiyevin YAP-ın yaranmasında nəinki rolu oldu, əksinə həmin dönəmlər Mütəllibova partiya qurmaqla o alternativ düşərgədə yer aldı. Sonra AXC Elçibəyi hakimiyyətə gətirdi və bir ildən sonra Heydər Əliyev YAP-ı hakimiyyətə daşıdı. Bütün bu dönəmlərdə Ramiz Mehdiyevi akademiyadakı vəzifəsindən kimsə uzaqlaşdıra bilmədi və ya müxtəlif yollarla o postunu qorudu. Ramiz Mehdiyev həmin Ramiz Mehdiyevdir ki, Heydər Əlievin qardaşı akademik Həsən Əliyev öləndə onunla vida mərasiminə cəmi 50-60 adam gəlmişdi və dəvət edilsə də Mehdiyev mərasimə qatılmadı. Ramiz Mehdiyevi Prezident Aparatına Rəsul Quliyev gətirdi Bütün bunlara rəğmən nəhayət, 1994-cü ilin soyuq fevral ayının 4-də Rəsul Quliyev Heydər Əliyevin saqqızını oğruya bildi və Ramiz Mehdiyev Prezidentin icra aparatının ümumi şöbəsinə müdir təyin olundu. Məlumatlara görə Ramiz Mehdiyevin bu təyinatı üzərində Heydər Əliyev xeyli tərəddüd edib və Mehdiyevin üzüdönüklüyünü əhv etməyə gecdən-gec razılaşıb. Kifayət qədər təcrübəli və vurulmuş kadr olan Ramiz Mehdiyev bir daha belə şansın ələ düşməyəcəyini anlayaraq çox təmkinli və strateji xətt tutaraq işə başlayır. Necə deyərlər kəşfiyyatcılar iki dəfə səhv edir – bir peşəni secəndə, bir də ki, mina əlində partlayanda. Ramiz Mehdiyev bir dəfə xəyanət etmişdi, ikinci xəyanəti sezdirməmək ücün hiyləgər yol seçməyə məcbur qaldı. Bilirdi ki, yoxsa tamamilə məhv ola bilər. Xülasə, bir vaxtlar mərkəzi komitənin katibi olan Ramiz Mehdiyev indi yenə də anoloji postuna qayıdır və sadəcə adı dəyişən Prezident Aparatında görəv almaqla hakimiyyət tortundan yenidən dadmaq şərəfinə nail olur. Artıq kimsə Ramiz Mehdiyevi saxlaya bilməzdi və uzun illərin intriqantı daha yüksək səlahiyyətlərə doğru iddialanırdı. Bu iddialar, yuxusuz gecələrdə qurulan planlar, regionçuluq faktorundan yararlanıb edilən siyasi gedişlər Mehdiyevi arzu etdiyi pik nöqtəyə günü-gündən yaxınlaşdırırdı. Nəhayət, o gün yetişdi. Yenə də soyuq qış qünü və yenə də AzTV-nin xəbərlər proqramında oxunan prezident fərmanı. Bəli, 1995-ci ilin 7 fevral tarixində Ramiz Mehdiyev Prezidentin İcra Aparatının rəhbəri təyin edildi və bu günə qədər 18 ildir ki, qoca intriqant tutduğu postdan ikiəlli yapışıb, buraxmır. Ramiz Mehdiyev yaxşı anlayırdı ki, Rəsul Quliyev hakimiyyətdə ikinci adam olmaqla bərabər çox ciddi fiqurdur və onun yüksəlməsi məhz o vaxtın neft maqnatının dilindən keçir. Ona görə də Ramiz Mehdiyev Rəsul Quliyev üçün bütün xidmətləri etməyə hazır idi. Elə Rəsul Quliyev YAP-a rəsmən üzv qəbul olunanda da Ramiz Mehdiyevin etdiyi jest buna bariz nümunədir. Məhz Ramiz Mehdiyevin təkidi ilə YAP-ın idarə heyəti Rəsul Quliyevi partiyaya qəbul etmək üçün Milli Məclisə sonuncunun ayağına gətirildi. Sonra isə Rəsul Quliyevlə iki saat təkbətək söhbət edən Ramiz Mehdiyev analoqu olmayan bu siyasi gedişi ilə Milli Məclis sədrinə əsl “sədaqətini” nümayiş etdirdi. Maraqlıdır ki, bu günə qədər Ramiz Mehdiyev nə mətbuatda, nə də hansısa çıxışında Rəsul Quliyevə qarşı sərt ifadələr işlətməyib. Bu səbədəndir ki, Heydər Əliyev ölən günə qədər Ramiz Mehdiyevin Akademiyaya üzv olmasına imkan vermədi və bununla ona bir növ göz dağı verdi. Amma sovet namenklaturasının Azərbaycandakı sədaqətli fiquru sayılan Ramiz Mehdiyev Heydər Əliyev dünyasını dəyişəndən sonra nəinki akademiyaya üzv oldu, həttə cild-cild kitablar yazdırıb öz adına çıxdı. Hamı bilir ki, yazılan kitabların həqiqi müəllifi Ramiz Mehdiyev deyil. Heydər Əliyev nəyə görə Ramiz Mehdiyevi “vurmadı”? Heydər Əliyev zamanında daha çox regional mafiya babası obrazında olan Ramiz Mehdiyev bəzi niyyətlərini gerçəkləşdirə bilsə də, bəzi arzularını nəinki həyata keçirə bilir, əksinə üzə çıxarmağa ehtiyat edirdi. Çünki heç nəyi unutmayan Heydər Əliyev Mehdiyevin də keçmiş xəyanətlərini yadan çıxarmırdı. Və Mehdiyev üçün cızdığı sərhədi keçməyə ona imkan vermirdi. Tavət o vaxta qədər ki, Heydər Əliyevin səhhətində problemlər yarandı və bu da Ramiz Mehdiyevin xeyirinə işləməyə başladı. Eyni zamanda 90-cı illərin sonunda Əbülfəz Elçibəyin Kələkidən Bakıya qayıtması ilə müxalifətin dirçəlməsi və eyni zamanda Rəsul Quliyevin ADP-yə həmsədr keçməsi Ramiz Mehdiyev üçün manevr etmək və ekstremal vəziyyətlərdə intqiralardan doğan gedişlər həyata keçirməkdən ötrü münbit şərait yaratdı. Səhhətindəki problemlərlə əlləşən Heydər Əliyev istəməsə də məcbur qaldı ki, dövlət naminə Ramiz Mehdiyev üçün cızdığı sərhədləri bir qədər genişləndirsin. Ramiz Mehdiyev isə qarşıya qoyulan vəzifələri yerinə yetirməklə yanaşı özü üçün də lazım olan işləri görməyə başladı. İfrat dərəcədə regionçu mafiya babası olan Ramiz Mehdiyevin qarşısındakı ən böyük maneyə əlbəttə ki, hakimiyyətdə təmsil olan Qərbi Azərbaycanlılar və Yeni Azərbaycan Partiyasını yaradan – Əli İnsanov, Sirus Təbrizli, Rafael Allahverdiyev, Əli Nagıyev, Murtuz Ələsgərov və onlarla bu kimi insanlar idi. Qərbi Azərbaycanlılara pataloji nifrət edən və klassik YAP-çılara qısqançlıqla yanaşan Mehdiyev o qədər də çox olmayan zaman kəsiyində xeyli opponentini neytrallaşdıra bildi. Heydər Əliyev nə qədər səhhətində problemlər olsa da, balansı saxlamağa müvəffəq olurdu. Heydər Əliyev Ramiz Mehdiyevin tam sürətlə irəlilədiyini görürdü və onun xəyanətlərini də unutmamışdı. Sadəcə olaraq postəliyev dövrü və İlham Əliyevin hakimiyyətdə duruş gətirməsi üçün müəyyən mərhələdə Ramiz Mehdiyevin xidmətlərindən faydalanmaqdan başqa çarənin olmadığını da gözəl anlayırdı. Yəni Napaleon ücün Taleyran kim idisə Heydər Əliyev üçün də Ramiz Mehdiyev o idi. Ramiz Mehdiyev siyasətə küçə qaydaları gətirdi (DAVAMI VAR) Geri qayıt |