Əsas Səhifə > Güney Press / Manşet > AYDIN ƏLİYEV VƏZİYYƏTDƏN ÇIXMAĞA ÇALIŞIR
AYDIN ƏLİYEV VƏZİYYƏTDƏN ÇIXMAĞA ÇALIŞIR28-02-2013, 15:34 |
![]() DİA.AZ: - Dünən də məlumat verərək bildirmişdik ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin başı cəncəldədir. Və bu gün bilgili qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, artıq DGK rəhbərilə bağlı hüquqi araşdırmalara başlanılıb. Mənbə iddia edir ki, məsələnin bu şiddətdə qəlizləşməsini görən komitə sədri iki gündür ki, hələ də gömrük orqanlarını öz nəzarəti altında saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşməyə cəhdlər etsə də, buna nail ola bilmir. Mənbənin iddia etdikləri: В«Aydın Əliyev də yaxşı bilir ki, o, məhz FHN şefinin arxasından çəkilməsi səbəbindən hədəfə çevrilib və onun qələmini qırıblar. Elə buna görə də Aydın Əliyev problemlərini ilk əvvəl Kəmaləddin Heydərovla çözməyi düşünür. Amma hələ ki buna nail ola bilmir. Çünki Kəmaləddin Heydərov onunla görüşmək istəmir və artıq iki dəfə DGK rəhbəri rədd cavabı alıbВ». Geri qayıt |