Əsas Səhifə > Güney Press / Manşet > В«FRANSIZLARA DA BAKINI DAR EDƏCƏYİKВ»

В«FRANSIZLARA DA BAKINI DAR EDƏCƏYİKВ»


27-02-2013, 16:31
В«FRANSIZLARA DA BAKINI DAR EDƏCƏYİKВ»
DİA.AZ: - Məlum olduğu kimi, fevral ayının 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı Vüsal Hüseynov Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb.

Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə "Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər" adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar.

Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə Azərbaycan diasporunun rəhbəri və Hüseynova hücum edərək onları vəhşicəsinə döyüblər. Hadisə yerinə polis əməkdaşları və həkimlər gəliblər.Hazırda insidentin təfərrüatları müəyyənləşdirilir.

Vüsal Hüseynov həmvətənini qorumağa çalışarkən, zərbələrdən çoxu ona dəyib, nəticədə ağır bədən xəsarətləri alıb. Onun daxili orqanları zədələnib, həmçinin qabırğası sınıb.

İnsident Fransa parlamentinin bir neçə deputatının gözü önündə baş verib və onlardan heç biri bunun qarşısını almaq üçün heç bir tədbir görməyib.

Bildirək ki, bu məsələ Azərbaycanda da böyük rezonans doğurub. Artıq gənclər təşkilatlarının üzvləri Fransanın Azərbaycandakı səfirliyi önündə etiraz aksiyası təşkil ediblər. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, Fransa səfirliyi də Azərbaycandakı fransızların təhlükəsizliyindən narahat olmağa başlayıb və artıq bir neçə fransız əsilli iş adamı səfirliyə narahatçılıq keçirdiklərini bildiriblər. Bu barədə redaksiyamıza diplomatik qaynaqlardan xəbər verilib.

Bir başqa qaynaq isə bildirir ki, bir qrup gənc Bakıda fransızlardan qisas almaq fikrinə düşüb və hətta keçmiş В«TorqovıВ» küçəsində bir neçə gənc tərəfindən ərazidə təsadüfən olan fransızlara hücum da edilib. Lakin fransızlar oradan qaçıblar. Bu barədə məlumatı verən şəxs bu gün Fransa səfirliyi önündəki aksiyada iştirak edənlərdən biri olduğunu bildirib və qeyd edib ki, onlar həmin şəxslərin səfirlikdən çıxdığını görüblər və təqib ediblər: В«Amma fransızlar qaçdılar və tez taksiyə uzaqlaşıb, aradan çıxdılar. Amma onlar bu dəfə aradan çıxdılar. Bilsinlər ki, adamları təkləmək, qadına əl qaldırmaq heç bir mədəniyyətə yaraşmır və onlara Bakını dar edəcəyikВ».

Geri qayıt